Əsas Səhifə > Ölkə, Manşet > HƏBSDƏKİ İŞ ADAMINDAN ŞOK MÜRACİƏT

HƏBSDƏKİ İŞ ADAMINDAN ŞOK MÜRACİƏT


11-07-2013, 13:49
HƏBSDƏKİ İŞ ADAMINDAN ŞOK MÜRACİƏT
İCRA BAŞÇISINA SƏRT SÖZLƏR

Məlum olduğu kimi 2 gün bundan öncə Goranboy rayonunda qanvermə aksiyası keçirilib. Bu qanvermə aksiyasında Goranboy rayon İcra başçısı Nizaməddin Quliyev də iştirak edib. Bu qanvermə aksiyası ilə bağlı hazırda həbsdə olan və əslən Goranboydan olan sahibkar Müqayis Verdiyev Goranboy rayonunda çalışan həkimlərdən xahiş edib. DİA.AZ-a daxil olan müraciəti ixtisarlarla təqdim edirik. Sahibkar bildirir ki, goranboylular onun bu müraciətini yəgin ki ,müsbət qiymətləndirəcəklər.

“İcra başçısı olduğu dövrdən həmyerlilərimə qan udduran və öz əməlləri ilə onları sözün əsl mənasında zəhərləyən birisinin bu gün durub onlara qan verməsi düzgün deyil. Çox güman ki,bununla icra başçısı özünü reklam etmək istəyir.Düzdür, icra başçısının belə reklamlardan istifadə etməsi ümumiyyətlə normal haldır,amma nəzərə alsaq ki,qan verən adam Goranboyun icra başçısıdır,mən onun verdiyi qanın hansısa həmyerlimə vurulmasının əleyhinəyəm.Çünki rayon camaatının qanını udan,Goranboyda ancaq mənfi əməlləri ilə yadda qalan icra hakiminin qanı hansı binəva Goranboy sakininə vurulsa qorxuram onda da “Nizaməddinləşmə” baş verər və həmin adamlar da qorxulu kinolardakı qaniçən vampirlər kimi ətrafdakılara icra başçısı kimi zülm etməyə başlayar.

Buna görə də Goranboy həkimlərindən artıq dərəcədə xahiş edirəm ki,nəbadə onun anından camaata vursunlar. Rayonda kimdən istəyirsiz qan götürün, ancaq Nizaməddin Quliyevin qanını heç bir binəvaya vurmayın. Zülmü , onun qanı ilə goranboylulara keçirtməyin. Camaat onsuz da onun əlindən qan ağlayır, goranboylulara Nizaməddin Quliyevin elə zülmü “kifayətdir”, əhaliyə yazığınız gəlsin. Goranboyluların qanından xeyirxahlıq axır, bu qanı dəyişdirməyin. Bundan başqa, maraqlıdır, icra başçısı özü “qansız” olduğu halda , başqasına axı necə qan verə bilər?!”
Müqayis Verdiyev

Geri qayıt