Əsas Səhifə > Siyasət, Manşet > MÜXALİFLƏRLƏ BAĞLI MƏXFİ DOSYE HAZIRLANIR

MÜXALİFLƏRLƏ BAĞLI MƏXFİ DOSYE HAZIRLANIR


11-07-2013, 12:00
MÜXALİFLƏRLƏ BAĞLI MƏXFİ DOSYE HAZIRLANIR
HÜQUQ-MÜHAFİZƏ ORQANLARI PREZİDENT SEÇKİLƏRİNƏ “TƏDARÜK GÖRÜR”

DİA.AZ: - Dünən məlumat verilərək bildirildi ki, hüquq-mühafizə orqanları müxalifətin aksiyalarının nəzarətə götürülməsi üçün hərəkətə keçiblər və xüsusi olaraq hazırlanan kompüter proqrammı vasitəsilə müxalif partiyaların aksiyaları nəzarətə alınacaq.

Bu gün isə DİA.AZ-a bu yöndən maraqlı bir informasiya daxil olub. Hökumət içindəki mənbənin bildirdiyinə görə, neçə gündür sahə müvəkkilləri tərəfindən nəzarət etdikləri ərazilərdə yaşayanların məxfi siyahısı hazırlanır: «Həmin siyahının tutulmasında xüsusi olaraq ictimai-siyasi fəalların müəyyənləşdirilməsi marağı güdülüb. Hətta bu kateqoriyadan olan insanların şəxsi avtomobillərinin nömrələri belə müəyyənləşdirilir».

Mənbəmiz iddia edir ki, bütün bunlar hakimiyyətin seçkiqabağı tədarüküdür. Və gərəkən anda həmin informasiyalardan müxtəlif şəraitlərdə istifadə olunacaq.

Geri qayıt