Əsas Səhifə > Sosial, Manşet > ORQAN ALVERİ İŞİ KEÇMİŞ REKTORU BİTİRƏ BİLƏR

ORQAN ALVERİ İŞİ KEÇMİŞ REKTORU BİTİRƏ BİLƏR


11-07-2013, 10:44
ORQAN ALVERİ İŞİ KEÇMİŞ REKTORU BİTİRƏ BİLƏR
RAMİZ MEHDİYEVİ NİŞANGAHINDAN QAÇIRAN ABDULLAYEV YAMAN İLİŞİB

DİA.AZ: - Dünən məlum oldu ki, ATƏT-in insan ticarəti ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Cammarinaro insan orqanlarının ticarətinə həsr olunmuş tədqiqatı dərc edib. Məlumatlardan aydın olurdu ki, tədqiqatda ATƏT məkanında qara transplantasiyaya dair faktlara, cinayət işlərinə yer verilib.

Tədqiqata Moldova, Türkiyə, Bolqarıstan, İsrail, Ukrayna və Kosovoda “Qara transplantasiya” hallarına dair faktlar daxil edilib. Bu sənəddə Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində 2009-cu ildə aparılmış “qara transplantasiya” halları da yer alıb. Sənəddə bildirilir ki, Bakıda keçirilən “qara transplantasiya” əməliyyatında Fransa, İsrail, ABŞ və Ukrayna vətəndaşları iştirak ediblər. Tibb mərkəzində qanunsuz əməliyyatlar 2009-cu ildə ukraynalı cərrahlar tərəfindən keçirilib. 13 Ukrayna vətəndaşı donorluq edib, insan orqanları üç xarici dövlətin vətəndaşlarına satılıb.

Tədqiqata əsasən, bu faktla bağlı ABU-nun tibb mərkəzinin əməkdaşlarına səlahiyyətlərindən sui-istifadə etmə (Azərbaycan CM, 308.2 maddə), cinayətkar qrup formalaşdırma və ticarət insan orqanları və hüceyrələrinin ticarəti və ya transplantasiya məqsədilə onların çıxarılması maddələri ilə cinayət işi başlanıb. Səhiyyə Nazirliyi ABU-nun tibb mərkəzinə tibbi xidmətlər göstərilməsi üçün verdiyi lisenziyanı ləğv edib.

ATƏT-in tədqiqatında bildirilir ki, Azərbaycan və Ukraynanın hüquq-mühafizə orqanları “qara transplantasiya”nın qarşısını almaq üçün qarşılıqlı əməkdaşlıq ediblər.

DİA.AZ bildirir ki, anoloji ittihamla hələ 2010-cu ilin noyabr ayının 24-ündə Azərbaycan Respublikası Baş Prokurorluğu çıxış edib. Prokurorluğun məlumatında deyilirdi ki, Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində insan orqanlarının qanunsuz transplantasiyası həyata keçirilib.

Məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparılıb: «Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin Tibb Mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər».

Açılan cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu ilin sentyabrında dayandırılıb. Təhsil Nazirliyi universitetin lisenziyasının ləğvini qanunsuz tələbə qəbulu ilə izah edib. Onu da bildirək ki, hər dəfəsində bu kimi ittihamların qarşısında ABU-nun rektoru Elşad Abdullayev ən yaxşı halda susub.

Amma bu susqunluq Elşad Abdullayevin işinə yaramayacaq. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, keçmiş rektorun məhz bui şlə əlaqədar ifadəsinin alınması üçün hətta Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələrinin Fransaya getməsi belə mümkündür. Bu barədə danışan mənbə iddia edir ki, əslində bu fakt Elşad Abdullayevi həbsə də apara bilər.

Mənbənin söylədikləri: «Təbii ki, Elşad Abdullayev istintaqla əməkdaşlıqdan yayınacaq. Amma artıq məsələnin ATƏT-in araşdırmalarında da yer alması onun hətta Avropanın mütərəqqi təsisatları tərəfindən də müdafiəsini imkansız edir. Ola bilsin ki, bui şlə əlaqədar Elşad Abdullayev həbs edilərək Azərbaycana gətirilsin».

Geri qayıt