Əsas Səhifə > Gündəm, Manşet > ƏLİYEV QARDAŞLARINA ŞƏRT QOYULDU

ƏLİYEV QARDAŞLARINA ŞƏRT QOYULDU


23-12-2011, 13:08
ƏLİYEV QARDAŞLARINA ŞƏRT QOYULDU

RAFİQ ƏLİYEV AZƏRBAYCANI TƏRK EDİR VƏ…

DİA.AZ: - Məlum olduğu kimi, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, «Azpetrol» neft şirkətinin sabiq prezidenti Rafiq Əliyevin azadlığa çıxacağı ilə bağlı məlumatlar da daha da intensiv xarakter almaqdadır. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, Rafiq Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə veriləcək əfv fərmanı ilə azadlığa çıxmasına rəsmi Bakı da müsbət reaksiya verib.

Onu da qeyd edək ki, bu günlərdə ABŞ Konqresinin hüquq komissiyasının həmsədrləri Tom Lantos və Ceyms Makqovern Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək siyasi məhbusları, ilk növbədə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi və onun qardaşı, biznesmen Rafiq Əliyevi həbsdən azad etməyə çağırıb.

Məktubda siyasi məhbuslar probleminin həll olunmamasından narahatlıq ifadə olunmuşdu: “Biz iqtisadi və sosial sabitliyin saxlanması ilə bağlı Azərbaycanın səylərini qiymətləndiririk. Lakin insan hüquqları, ilk növbədə siyasi məhbuslar məsələsinin həll edilməməsindən narahatıq”.

Konqresmenlər Fərhad və Rafiq Əliyev qardaşlarının hələ də həbsdə qalmasından dərin narahatlıq bildirərək onların azadlığa buraxılmasını xahiş ediblər.

Tom Lantos və Ceyms Makqovern Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etməyə çağırıblar.

Bildirək ki, konqresin hüquq komissiyası Nümayəndələr Palatasının müstəqil klubudur. Onun missiyası beynəlxalq insan hüquqları normalarının müdafiəsi və dəstəklənməsidir.

Xatırladaq ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Fərhad və Rafiq Əliyev qardaşları sonradan iqtisadi cinayətlərdə təqsirli biliniblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə əmlakları müsadirə olunmaqla F.Əliyevi 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) məlumat verən hakimiyyət içindəki mötəbər mənbə bildirir ki, Rafiq Əiyevin azadlığa çıxa bilməsinə müsbət cavab verən rəsmi Bakı bunun müqabilində sabiq «Azpetrol» şefi qarşısında müəyyən şərtlər irəli sürüb.

Bu barədə danışan mənbəmiz ilginc faktları da açıqladı. Məlum olur ki, Rafiq Əliyevin azad olunması üçün Fərhad Əliyev də ciddi səy göstərib və o, bu barədə hətta hakimiyyətə ismarıclar da yollayaraq bildirib ki, onu azad etməsələr də olar, qardaşını buraxsınlar.

Xatırladaq ki, Fərhad Əliyev zamanında da belə bir mərdliyi ortaya qoymuşdu. Keçmiş nazir 2007-ci ildə barəsində qurulan məhkəmə istntaqı zamanı üzünü hakimə və dövlət ittihamçısına tutaraq bəyan etmişdi ki, onunla bərabər mühakimə olunan digərlərini azadlığa buraxsalar, barəsində verilmiş istənilən şəkildə hökmlə barışacaq və hətta hakimiyyətin verdiyi qərarı alqışlayacaq.

Mənbəiz isə bildirir ki, Fərhad Əliyevin hakim düşərgədəki keçmiş komanda yoldaşlarına yolladığı ismarıclara müsbət reaksiya verən rəsmi dairələr Fərhad Əliyevdən qardaşının azadlığı müqabilində onun ölkəni tərk etməsini istəyiblər: «Yəni Rafiq Əliyev Azərbaycanı tərk etmək şərti ilə azadlığa buraxıla bilər. Bununla yanaşı, digər şərtlər də var. Söhbət hakimiyyətin Fərhad Əliyevin nəzarətində olan pullarla bağlı məsələyə aydınlıq gətirmə istəyindən gedir».

Qeyd edək ki, Fərhad Əliyev məhkəmə istintaqı zamanı ondan azadlığının müqabilində 100 milyon dolların istənildiyini də bildirmişdi. İndi isə yenə də həmin məbləğin taleyinə aydınlıq gətirilməsi tələb olunur. Qeyd edək ki, sözügedən miqdardan bir qədər yuxarı məbləğin Azərbaycanda həyata keçirilən özəlləşdirilmə prosesi zamanı Fərhad Əliyev tərəfindən məniisənilməsi barədə rəsmi Bakıda şübhələr var. Buna görə də hələ də bu pulların aqibəti söz konusudur.

Geri qayıt