Əsas Səhifə > Gündəm, Manşet > ABBAS ABBASOV AZƏRBAYCANA NİYƏ PUL AYIRDI?

ABBAS ABBASOV AZƏRBAYCANA NİYƏ PUL AYIRDI?


11-07-2013, 10:09
ABBAS ABBASOV AZƏRBAYCANA NİYƏ PUL AYIRDI?
RATİ SƏDRİ BU MƏQSƏDLƏ XÜSUSİ DEPARTAMENT YARATDI: 200 MİN AYIRDI

DİA.AZ: - Son günlər yeril Azərbaycan KİV-ləri ilə problem yaşayan Azərbaycanın baş nazirinin keçmiş müavini, «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «AST» Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov əlavə tədbirlər görməyə başlayıb. Bu barədə DİA.AZ-a Rusiyadakı soydaşlarımız məlumat verib.

Qaynaq iddia edir ki, RATİ sədri hətta Azərbaycandakı mətbu orqanlarla onun rabitəsini yaradacaq qurumu da yaradıb: «RATİ daxilində Azərbaycan mediası ilə əlaqələr departamenti yaradılıb. Departamentə Vaqif Adıgözəlov adlı şəxs rəhbərlik edir. Departamentin məqsədi Azərbaycan mətbuatına xüsusi olaraq hazırlanmış və Abbas Abbasovun marağını gözləyən yazıların yerləşdirilməsidir».

Mənbə onu da bildirib ki, yeni əlaqələr üçün Abbas Abbasov əlini cibinə də salmalı olub: «Təxminən 6 aylıq dönəm üçün sırf olaraq mətbuatla işə 200 min ABŞ dolları məbləğində vəsait ayrılıb».

Geri qayıt