Əsas Səhifə > Gündəm, Manşet > JURNALİSTLƏRDƏN KİMƏ EV VERİLƏCƏK BƏLLİDİR

JURNALİSTLƏRDƏN KİMƏ EV VERİLƏCƏK BƏLLİDİR


10-07-2013, 15:19
JURNALİSTLƏRDƏN KİMƏ EV VERİLƏCƏK BƏLLİDİR
PREZİDENT ADMİNİSTRASİYASI RƏHBƏRLİYİ ÖZ MEDİASINI MÜKAFATLANDIRIR

DİA.AZ: - «Jurnalistlər üçün inşa olunan binadan kimlərə evin veriləcəyi indidən bəllidir». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbə ötürüb. Qaynağın iddialarına görə, ən azından Prezident Administrasiyası rəhbərliyinin ürəyincə olan bir siyahı tutulub:

«Təbii ki, yenə də son sözü prezident deyəcək. Amma artıq PA rəhbərliyinin baxaraq onayladığı bir siyahı hazırdır. Bu prosesdən də Ramiz Mehdiyev və onun şəbəkəsi sırf olaraq öz maraqları üçün istifadə etməkdədir. Onların qılıncının altından keçməyən mətbuat nümayəndələri yenə də evsiz qalmalı olacaqlar. Əgər müdaxilə olmazsa, Mehdiyevin adamlarının tərtib etdiyi siyahı sonna qədər dəstəklənərsə»…

Mənbəmiz onu da bildirdi ki, jurnalistlər üçün inşa olunan binadan evlərin kənar şəxslərə satılmasına gəlincə isə belə bir fakt hələ ki, müşahidə olunmayıb: «Təbii ki, bu cür söhbətlər də yayıldı. Hətta bazarlıqların aparılması xəbəri də eşidildi. Amma belə bir fakt yoxdur. Əslində olması da inandırıcı deyildi. Çünki bu prosesdən qazanc götürməyi düşünmürlər. Və prosesin adı daha çox Ramiz Mehdiyevin öz mətbuatını mükafyatlandırmasıdır. Burada qazanc barədə danışmaq olmaz. Yalnız bir-iki istisna ola bilər ki, bununla da gözə kül üfürməyə çalışacaqlar».

Geri qayıt