Əsas Səhifə > Hadisə > TƏYYARƏMİZ QƏZAYA UĞRADI - YENİLƏNDİ

TƏYYARƏMİZ QƏZAYA UĞRADI - YENİLƏNDİ


23-12-2011, 12:09
TƏYYARƏMİZ QƏZAYA UĞRADI - YENİLƏNDİ

1 NƏFƏR HƏLAK OLUB, 1 NƏFƏR İSƏ XİLAS EDİLİB

Abşeron rayonunun Masazır qəsəbəsindəki duz gölünə təyyarə düşüb. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Polisdən təyyarədə olanlardan birinin xilas edildiyi də bildirilib.

APA-nın əldə etdiyi məlumata görə isə “Cessna” tipli məşq təyyarəsi Zabrat Aeroportuna uçarkən nasazlıq yaranıb. Ətraf yaşayış məntəqələri olduğundan faciə baş verməməsi üçün ekipaj təyyarəni gölə endirib. Hadisə baş verərkən 4 nəfərlik təyyarədə 2 nəfər olub.

Təyyarədə nasazlığın hansı səbəbdən yarandığı hələlik məlum deyil.



ƏLAVƏ

Abşeron rayonunun Masazır qəsəbəsində qəzaya uğrayan təyyarədə olan iki nəfər ekipaj üzvü xilas edilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri gölə düşən təyyarənin ekipaj üzvlərini qayıqla quruya çıxarıblar. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil.

Təyyarə hələ göldədir. FHN xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər.
Mətbuat nümayəndələri gölə yaxın buraxılmır.

Bəzi məlumatlara görə, “Cessna-172” markalı təlim təyyarəsi Bakı Aviasiya Akademiyasına məxsusdur.


Geri qayıt