Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HESABLAMA PALATASI DÖVLƏT QURUMLARINDAN HAQQ YIĞIR

HESABLAMA PALATASI DÖVLƏT QURUMLARINDAN HAQQ YIĞIR


10-07-2013, 10:27
HESABLAMA PALATASI DÖVLƏT QURUMLARINDAN HAQQ YIĞIR
Vaxtıilə atasının hesabına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsilini başa vuran və hal hazırda Hesablama Palatasının auditoru Vaqif Həsənovla bağlı 30gun.az-a ilginc məlumatlar daxil olub. Məlumatlara görə, Hesablama Palatasının sədri Heydər Əsədov dövlət qurumlarını palatada çalışıan auditorlar arasında bölüb. Buna misal olaraq Vaqif Həsənovun payına Azərbaycan Dövlət Neft Şirkəti, Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Gömrük Komitəsi düşüb. Bu barədə 30gun.az-a danışan mənbə bildirir ki, sözü gedən qurumlar Vaqif Həsənovun kurasiyasındadır. Bununla yanaşı onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da yaxın dost olduğu deyilir.

Məlumatlara görə, Hesablama Palatası hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən, büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələrinə dair hesabatı və rəyləri Milli Məclisə qeyri şəffaf təqdim edir. Burda isə palatanın auditorlarının xüsusi rolu var. Adətən dövlət qurumlarında audit yoxlamaların aparılması proseduru bu cür baş verir. Dövlət qurumlarında audit yoxlamalar daxili audit tərəfindən həyata keçirirlir. Sonda isə hesabatlar və rəyləri Hesablama Palatasına elə həmin qurumlar tərəfindən istənilən şəkildə təqdim edilir. Güya bu qurumlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməyib. Bunun müqabilində isə hər bir dövlət qurumu Hesablama Palatasına milyonlarla rüşvət verib şəffaflıqlarını təmin edə bilirlər. Vaqif Həsənova gəlincə isə onun missiyası dövlət qurumlarından yığılan milyonları Heydər Əsədova çatdırmaqla özünün müəyyən faizini götürməkdən ibarətdər. Elə buna görə də Vaqif Həsənov son bir neçə ildə özünə Bakının Binəqədi rayonunda, Novxanıda və Mərdəkanda dəbdəbəli villalar ucaldıb.

Bundan əlavə redaksiyamıza Hesablama Palatasının auditi Vaqif Həsənovun pul bölgüsü üstündə ailəsində problemlərin olduğu barədə də məlumatlar daxil olub. Bunu müəyyən səbəblərdən yazmırıq.

Məsələ ilə bağlı Vaqif Həsənovla əlaqə saxlamaq istədik. Redaksiyamıza təqdim edilən Vaqif Həsənovun telefon nömrəsinə zəng vurduq. Bizi Vaqif adlı şəxs dinlədikdən sonra nömrənin səfən yığıldığını bildirərək telefonu qapatdı. Lakin bunlara baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Geri qayıt