Əsas Səhifə > Dünya > QARDAŞ TÜRKİYƏ HƏRƏKƏTƏ KEÇDİ

QARDAŞ TÜRKİYƏ HƏRƏKƏTƏ KEÇDİ


22-12-2011, 17:35
QARDAŞ TÜRKİYƏ HƏRƏKƏTƏ KEÇDİ

HƏLƏLİK İLK ADDIM KİMİ SƏFİR PARİSDƏN ÇƏKİLDİ

Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul etdikdən sonra Türkiyə Fransadakı səfiri Təhsin Burcuoğlunu məsləhətləşmələr aparmaq üçün geri çağırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin CNN Türk telekanalı məlumat verib.

Bu gun Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edib. Fransa Parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si əleyhinə səs verib.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən verdiyi açıqlamada Fransanı qondarma "erməni soyqırımı" ilə bağlı yanlış addım atmamağa, söz və fikir azadlığına hörmət etməyə çağırıb. Davudoğlunun sözlərinə görə, Fransa qəbul edəcəyi qanunlarla öz xalqını söz və fikir azadlığından məhrum edir.


Geri qayıt