Əsas Səhifə > Hadisə > "HAFKA" FRANSIZLARA NECƏ YARDIM EDİB

"HAFKA" FRANSIZLARA NECƏ YARDIM EDİB


9-07-2013, 12:53
"HAFKA" FRANSIZLARA NECƏ YARDIM EDİB
Fransanın İdman Arbitraj Məhkəməsi “Lans” klubunun III liqaya düşürülməsi ilə bağlı apellyasiya şikayət ərizəsini müsbət cavablandırıb. Adıçəkilən qurum azərbaycanlı iş adamı Hafiz Məmmədovun “Lans”a sponsorluq etməsi barədə müqavilənin imzalanmasından sonra klubun maliyyə durumunun düzəldiyini nəzərə alıb və bundan sonra komandanın yenidən Liqa 2-də çıxış etməsinin vacibliyini vurğulayıb.

Bu qərardan sonra Fransa Futbol Federasiyasının qərarını dəyişəcəyi gözlənilir.

Geri qayıt