Əsas Səhifə > Gündəm, Manşet > KƏRƏM HƏSƏNOV HƏYƏCAN İÇİNDƏDİR

KƏRƏM HƏSƏNOV HƏYƏCAN İÇİNDƏDİR


22-12-2011, 16:16
KƏRƏM HƏSƏNOV HƏYƏCAN İÇİNDƏDİR

FƏRHAD ƏLİYEVİN KADRI KEÇMİŞ NAZİRİN AZADLIĞA ÇIXMASINI İSTƏMİR

DİA.AZ: - Prezident İlham Əiyevin 31 Dekyabr - Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibətilə əfv fərmanı imzalayacağı artıq qətiləşib. Lakin qətiləşməyəni həmin münasibətlə kimlərin azadlığa çıxacağı ilə bağlı olan məsələdir. Ehtimallara görə, 2 aprel məhbusları, «Yeni Fikir» Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, «hicab məhbusları», gənc fəal Cabbar Savalan, keçmiş «OMON»çulardan bəziləri və nəhayətdə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun «Azpetrol»a rəhbərlik etmiş qardaşı Rafiq Əliyev azadlıq yolundadırlar.

Təbii ki, bu məsələdə son söz prezidentə məxsusdur və hər şey onun qərarının formasından asılı olacaq. Çünki əfv etmək, deputat Azay Quliyev depmişkən, prezidentin vəzifəsi yox, hüququdur. Amma deyəsən, kimlərsə son söz müəllifi olan prezidentə indidən təsir etmək niyyətinə düşüb. Bu barədə redaksiyamıza olduqca ilginc məlumatlar daxil olub.

Prezident administrasiyasına yaxın qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatda deyilir ki, bir zamanlar Fərhad Əliyevin kadrı kimi hakim komandaya daxil olmuş, lakin 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı Fərhad Əliyevə ilk xəyanət edənlərdən biri kimi diqqətə gələn Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov hətta sabiq nazirin və qardaşının azadlığa çıxma ehtimallarını, bu barədə gələn informasiyaları belə rahatlıqla həzm edə bilmir.

Bu barədə danışan mənbə iddia edir ki, Kərəm Həsənov iki gündür ki, Prezident Administrasiyasının ayrı-ayrı məmurlarından, ərk edə biləcəyi bütün müvafiq instansiyalardan «Fərhad Əliyev həqiqətənmi azadlığa çıxır» sualına cavab axtarır: «Komitə sədri əməlli-başlı təlaş içindədir. Sanki qan düşmənini gözləyən günahkar kimi həyəcan keçirir. Bu, isə onu sübuta yetirir ki, həqiqətən də Kərəm Həsənov Əliyev qardaşlarına qarşı tikilən torbanın müəlliflərindən biri olub».

Mənbəmiz onu da bildirdi ki, Kərəm Həsənovun əsl təlaşlı günləri hələ irəlidədir: «Çünki Rafiq Əliyevin məsələsində bir qətiləşmə müşahidə olunur. Yəni o, azadlığa çıxma şansına malikdir və hələlik Fərhad Əliyevlə bağlı da müzakirələr gedir. Beynəlxalq qurumlar rəsmi Bakını bu məsələdə yumşaltmağa çalışırlar. Ola bilsin ki, İlham Əliyev belə bir addımı atsın. O zaman Kərəm Həsənovu infarkt vurmasa yaxşıdır».


Geri qayıt