Əsas Səhifə > Güney Press, Araşdırma > “KQB”-NİN HƏLƏ DƏ QÜVVƏDƏ OLAN GİZLİ TÖVSİYYƏSİ

“KQB”-NİN HƏLƏ DƏ QÜVVƏDƏ OLAN GİZLİ TÖVSİYYƏSİ


9-07-2013, 10:41
“KQB”-NİN HƏLƏ DƏ QÜVVƏDƏ OLAN GİZLİ TÖVSİYYƏSİ
VƏ YAXUD “EVİ TİKİLMİŞLƏR”, YOXSA, “QƏLƏMİQIRILMIŞLAR”?

2-Cİ YAZI

Doğru yol da çox vaxt haçalanır-it hürən və işıq gələn tərəflərə.”Jurnalistlərin Evi”də bu zümrənin nümayəndələrinin yolunun haçalandığı qayadır.Üstündə də iyrənc bir qurbağa oturub,lap nağıllarda olduğu kimi.Bu idbar,suda-quruda yaşayan məxluq çaşqınlıq içində olan yolçuya deyir ki,sağa getsən-öləcəksən,sola getsən-başına olmazın müsibətlər gələcək.

“Jurnalistlərin Evi”ni onlar üçün “vicdan imtahanı”adlandıran da olub,”nəyə görə məhz jurnalistlərə ev verilməlidir”- sualını ortaya qoyanlar da. Məsələn,professor Qulu Məhərrəmli “Hürriyyət” qəzetinin 13 iyun 2013-cü il tarixli nəşrində dərc olunmuş “Azərbaycanda jurnalistika dəfn olunur”sərlövhəli müsahibəsində məsələ ilə bağlı bunları demişdi:”Doğrudanmı,məqsəd Azərbaycan jurnalistlərinə qayğı göstərməkdir?..Jurnalistlərə mənzil verilməsi onların və mətbuatın ələ alınması deməkdir...Tam əmin olun,evi elə adamlara verəcəklər ki,onlar nə indiyədək tənqid yazıb, nə də indidən sonra yazacaq.”

Həmin müsahibədə hörmətli media ekspertinin dilə gətirdiyi və ətrafinda mülahizə yürütdüyü,məsələn,”nəyə görə ibtidai sinif müəllimlərinə,ya cərrahiyyə otağında əzablı iş görən tıbb bacılarına mənzil verilməsin,amma jurnalistlərə verilsin?”-sualı mənim yadıma İkinci dünya müharibəsindən sonra “KQB”-nin Polşa kəşfiyyatına göndərdiyi gizli məktubdan bir cümləni salmışdı. ”İmpuls”qəzetinin 02 mart 2001-ci il tarixli sayca 9-cu nəşrinin 14-cü səhifəsində dərc olunmuş həmin sözlər bunlardır:”Cəmiyyətin aparıcı qüvvəsi olan üç təbəqənin-müəllimlərin,həkimlərin və jurnalistlərin maaşlarını aşağı edin,rüşvət alıb gözükölgəli olsunlar və mübarizəyə qalxmasınlar. ”Jurnalistlərin həbsinə və qəzetlərin bağlanmasına qeyri-rəsmi moratorium tətbiq etmək də rüşvət,ya da heç olmasa,minnət sırasına yazılmalıdır.

Əslinə qalsa,jurnalistlərin mənzil-məişət şəraitinin yazşılaşdırılması üçün onları heç də bir damın altına yığmaq vacib deyıldi. Ehtiyacı olanı düzgün müəyyənləşdirəndən sonra ona pul da təklif etmək olar ki, gedib istədiyi yerdən özünə ev alsın. Aydın məsələdir ki, burada güdülən birinci məqsəd jurnalistlərə dövlət qayğısının bu bariz nümunəsinin “göyü dəlməsi”, gözə girəcək qədər hündür görünməsidir.

Jurnalistlərin kompakt halda yaşaması hakimiyyətə həm də ona görə sərf edir ki, yeni binanin sakinləri sırasından gələcəkdə “ağ qarğa”ların peyda olacağı təqdirdə onlara həmkar qonşularının qınağı vasitəsilə təzyiq etmək mümkün olsun. Bundan başqa,kim zəmanət verə bilər ki,təzə mənzillərin divarlarına dinləyici qurğular yerləşdirilməyib? Həmkarlarım xatırlayarlar,bir ara jurnalistlər arasında pulsuz paylanılan “media-cell” tarifli fakturalı “Azersell”telefon nömrələri barədə də belə xəbər yayılmışdı və kifayət qədər inandırıcı təsir bağışlamışdı.Söz yox ki,bundan sonra həmin nömrələrin istifadəsindən imtina edənlər də oldu. Nömrələr prestijli “2”rəqəmi ilə başlasalar da,populyarlıq qazana bilmədilər.

Pünhan Şükür

Geri qayıt