Əsas Səhifə > Cəmiyyət, Manşet > PİRVERDİYEVİN KORRUPSİONER QOÇULARI
PİRVERDİYEVİN KORRUPSİONER QOÇULARI22-12-2011, 14:25 |
BİNƏQƏDİ SAHİBKARLARI PREZİDENTDƏN KÖMƏK İSTƏDİLƏR DİA.AZ: - Hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin saxta mahiyyət daşıdığı, ən azından bunun bir kampaniya olduğu barədə fikirlər günü-gündən daha da qətiləşir. Hər halda, hər gün redaksiyamıza məmurların özbaşınalığı barədə daxil olan məlumatlar da dediklərimizi təsdiqləyir. Əgər şikayət varsa, deməli, tədbir görülmür. Elə Binəqədi rayonunun bir qrup sakini və bu rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımız da əlləri hər yerdən üzüldüyündən redaksiyamıza və ölkə prezidenti İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıblar. Şikayətçiləri narazı salan isə «Azenerji» prezidenti Etibar Pirverdiyevin Binəqədidəki qoçularıdır. Söhbət Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinin sədri Eynulla Sultanovun yerli sakinlərə və sahibkarlara tutduğu divandan gedir. Şikayətçilər bildirirlər ki, «Burda mənəm, Bağdadda kor Xəlifə» deyərək sakinlərə və ayrı-ayrı obyekt sahiblərinə istədiyi qədər cərimə kəsən, onları şərləyən Eynulla Sultanov əməlli-başlı korrupsiya maşını yaradıb: «Eynulla Sultanovun işçiləri qanunsuz olaraq cərimələr kəsirlər. Və sonra da iş yeri sahiblərinə bildirirlər ki, yerindəcə 2000 manat ver, problemini həll edək. Yoxsa idarəyə iş qalsa, o zaman 4000 manat pul verməli olacaqsan. Çünki idarədə veiləcək pula Etibar Pirverdiyev belə şərikdir. Amma yerində ödənilən pul təkcə Əzim Sultanova çatır». U kimi qalmaqallar səbəbindən bir neçə dəfə Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsini məhkəməyə verdiklərini bildirən şikayətçilər vurğulayır ki, hətta barələrində məhkəmə qərarlarının olmasına baxmayaraq, yenə də Eynulla Sultanov əvvəlki qaydada sakinlərə divan tutmaqdadır: «Onun kimə arxayın olduğunu bilmirik. Amma biz Azərbaycan dövlətinə arxayınıq və ümid edirik ki, cənab prezident bu rüşvət yuvası ilə bağlı müvafiq ölçünün götürülməsində biz sakinlərə kömək edəcək». Onu da bildirək ki, Eynulla Sultanovun rəhbərlik etdiyi qurumla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2007-ci və 2010-cu illərdə çıxarılmış qətnamələri olsa da, bu səbəbdən Bakıelektrikşəbəkənin özü belə problemlərlə üz-üzə qalsa da, yenə də Binəqədidə sakinlərə və sahibkarlara qarşı zülmlər bitmək bilmir. Mövzu diqqətimizdədir. Geri qayıt |