Əsas Səhifə > Ölkə, Manşet > SƏLİM MÜSLÜMOV AĞSUDAN ÇIXAN SƏSLƏRİ BATIRIR

SƏLİM MÜSLÜMOV AĞSUDAN ÇIXAN SƏSLƏRİ BATIRIR


8-07-2013, 12:47
SƏLİM MÜSLÜMOV AĞSUDAN ÇIXAN SƏSLƏRİ BATIRIR
FOND RƏHBƏRİ RAYONDAKI DURUMA MƏSUL İMİŞ

DİA.AZ: - «Ağsuda cərəyan edən özbaşınalıqların arxasında birbaşa olaraq Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov dayanır». Bu məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mənbə bildirib.

Xatırladaq ki, son günlər Ağsuda icra başçısı Ənvər Seyidəliyevin əməllərindən cana doyan vətəndaşların kütləvi narazılıqları müşahidə olunmaqdadır və hətta rayonda növbəti üsyan dalğasının baş qaldıracağı da anons edilir. Bunların fonunda isə icra başçısının keçən həftəni istirahətdə keçirdiyi məlumdur.

Məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirir ki, Ağsudan Bakıya ünvanlanan bütün şikayətlər Səlim Müslümovun səyi nəticəsində əhəmiyyətsizləşdirilir: «Ənvər Seyidəliyevlə fond rəhbərinin qohum olması faktı hər kəsə məlumdur. Amma münasibətlər təkcə qohumluqla yetinmir. Mənbə iddia edir ki, Səlim Müslümov eyni zamanda dövlət başçısının yanında Ağsudakı ictimai-siyasi durumla bağlı da məsul olduğundan bu gün Ənvər Seyidəyliyevin və onun məmurlarının yaratdığı gərginlik Ağsudan Bakıya yetişə bilmir».

Geri qayıt