Əsas Səhifə > Partiya > MEHRİBAN ƏLİYEVANI DƏSTƏKLƏYƏNLƏR BƏLLİ OLDU

MEHRİBAN ƏLİYEVANI DƏSTƏKLƏYƏNLƏR BƏLLİ OLDU


8-07-2013, 12:24
MEHRİBAN ƏLİYEVANI DƏSTƏKLƏYƏNLƏR BƏLLİ OLDU
Vətəninfo.az olaraq, demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməsi ilə bağlı video görüntünü yaydıqdan sonra, ölkənin siyasi gündəmi tamamilə dəyişdi. Artıq dəyişməklə qalmadı, eyni zamanda digər siyasi partiyaların da Mehriban xanımın namizədliyini dəstəklədikləri ilə bağlı xəbəri içtimaətə çatdırdıq.
Vətəninfo.az olaraq onu da bildirmişdik ki, həmin siyasi partiyaların konkret hansılar olduğunu da oxuculara çatdıracağıq.
Bu gün həmin partiyaların sədrləri redaksiyamızla əlaqə saxlayaraq adlarının açıqlanmasın istədilər.

Mehriban xanım Əliyevanın namizədliyini DADP-dən sonra Kamil Seyidovun sədri olduğu Azərbaycan Azad Respublikaçılar Partiyası və Ağadur Müslümovun sədri olduğu Azərbaycan Mübarizləri Partiyası da dəsətkləmək haqqında qərar verdi.

Qeyd edək ki, bu ilin yanvar ayında prezident adminstirasiyasından məsul bir şəxsin iqtidarın siyasi kursunu dəstəkləyən partiyalarla AARP-nın qərargaında görüşdükləri haqqında Vətəninfo.az olaraq xəbər vermişdik. Onuda bildirmişdik ki, həmin dövürdə keçirilən görüşdən qarşıdakı prezident seçkiləri müzakirə olunun. Əldə etdiyimiz məlumata görə, elə məhz həmin görüşdə müzakirə olunan məsələ bu gün Mehriban xanım Əliyevanın namizədliyi ilə bağlı məsələ olub.

Geri qayıt