Əsas Səhifə > Şou-biznes > FƏRDA TÜRKİYƏDƏ MÜALİCƏSİNİ BİTİRDİ

FƏRDA TÜRKİYƏDƏ MÜALİCƏSİNİ BİTİRDİ


22-12-2011, 13:05
FƏRDA TÜRKİYƏDƏ MÜALİCƏSİNİ BİTİRDİ

TANINMIŞ YUMORİST VƏTƏNƏ DÖNÜR

Milli.Az xəbər portalının məlumatına görə, böyrəklərində yaşanan problemdən azad olmaq üçün tanınmış azərbaycanlı yumorist, aktyor Fərda Xudaverdiyev 12 dekabrdan etibarən İstanbulda yerləşən klinikaların birində müalicə kursu alır. Əldə etdiyimiz məlumata görə, Fərda müalicənin ilk mərhələsini tamamladığı üçün bu axşam, dekabrın 22-də vətənə qayıdacaq.

Aktyorun bizə məlum olan mobil telefonuna cavab verən Xudaverdiyevin köməkçisi Vüsal Cavadov məlumatı təsdiqlədi.

"Həkimlərin konkret diaqnozu barəsində heç nə deyə bilmərək. Əsas odur ki, Fərdanın səhhətindəki problemlər aradan qalxmaqdadır. İnşallah, özü bu gün Bakıya qayıdacaq. Onun əvəzindən suallarınızı cavablandırmaq çətindir", - köməkçisi belə dedi.

Hələ Bakıda olarkən yumorist Milli.Az xəbər portalına açıqlama verərək bildirmişdi ki, o, böyrəklərindən müalicə olunmaq üçün İrana getmək niyyətindədir. Nədənsə son məqamda Fərda şəfa tapmaq üçün Təbrizə yox, İstanbula üz tutdu.

Allah şəfa versin!


Geri qayıt