Əsas Səhifə > Partiya > "MEHRİBAN XANIM BİZİM LİDERİMİZDİR"

"MEHRİBAN XANIM BİZİM LİDERİMİZDİR"


5-07-2013, 12:50
"MEHRİBAN XANIM BİZİM LİDERİMİZDİR"
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Sevda Xurşudova virtualaz.org saytına müsahibəsində ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürmə səbəbləri, partiyanın fəaliyyəti və bu yaxınlarda prezident administrasiyasına çağırılması ilə bağlı sulları cavablandırıb.

DİA.AZ müsahibəsni ixtisarla təqdim edir:

- Sevda xanım, bizə ilk açıqlamanızda partiyanızın 7-8 ildir ki, namizədinin Mehriban Əliyeva olduğunu demişdiniz. Bəs 2008-də İlham Əliyevin namizədliyini niyə irəli sürdünüz?

- 2006-cı ildə mən partiyaya daxil olan dövrdən Məmməd Əlizadənin təbliğatı Mehriban xanımın personası üzərində qurulub. Məmməd Əlizadə deyirdi ki, partiyamız 2013-cü ildə Heydər Əliyev siyasi kursunun davamçısı olan öz namizədini irəli sürəcək. O, Mehriban xanımın adını çox hallandırmağımızı istəmirdi. Deyirdi ki, biz 2013-cü ildə lazım olan addımı atacağıq.

- Yəni xanım Əliyevanın namizədliyinin irəli sürülməsi Məmməd Əlizadənin təklifidir?

- Bəli. Bəlkə də Məmməd Əlizadənin 2008-də Mehriban xanımın namizədliyini irəli sürməsinə təzyiqlər olub. Amma bu gün demokratiya var. Hər bir partiya öz namizədini irəli sürə bilər. Prezidentimiz də çıxışında bildirib ki, hər bir partiya öz namizədini irəli sürə bilər. İlham Əliyev gözəl və böyük insandır. Onun tayı-bərabəri yoxdur. Biz onunla mübarizə aparmırıq. Sadəcə olaraq Mehriban xanımın namizədliyini irəli sürmüşük.

- Yeni Azərbaycan Partiyası sizi qəbul etmədiyinə görə Mehriban Əliyevanın namizədliyini irəli sürdünüz?

- Bəli. Yuxarılar bizə yaxın durmadıqdan sonra biz öz liderimizi ortaya çıxarmalı idik, ya yox, kimliyimizi ortaya qoymalı idik, ya yox?! Hər kəs bizə deyirdi ki, İlham Əliyevin tərəfində olan insanlar bizi qəbul etmir. Mehriban xanım isə bizim qəlbimizdə gətirdiyimiz liderdir.

- İyulun 3-də qəfildən Prezident Administrasiyasına çağırılmağınızın səbəbi nə idi?

- Mən birinci dəfə deyildi ki, Prezident Administrasiyasına gedirdim. Ani olaraq çağırılmamışdım. Bu əvvəlcədən razılaşdırılmış bir görüş idi. Deyirlər ki, guya bizə orada təzyiq olunub ki, niyə siz Mehriban Əliyevanın namizədliyini irəli sürmüsünüz. Amma belə bir şey olmayıb.

Geri qayıt