Əsas Səhifə > Ölkə, Manşet > GORANBOYDA GƏLƏCƏYİMİZİ KİM MƏHVƏ APAIRIR?

GORANBOYDA GƏLƏCƏYİMİZİ KİM MƏHVƏ APAIRIR?


5-07-2013, 12:43
GORANBOYDA GƏLƏCƏYİMİZİ KİM MƏHVƏ APAIRIR?
MİKAYIL CABBAROV ÜÇÜN DAHA BİR ÇƏTİN SUAL

DİA.AZ: - Ötən il Maliyyə Nazirliyi tərəfindən bir neçə şəhər və rayon təhsil şöbələrində yoxlama aparıldı. Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2012-ci il nəzarət tədbirləri üzrə iş planına əsasən Şəki şəhər, Goranboy, Qəbələ və Tovuz rayonlarının Təhsil Şöbələrində həyata keçirilən yoxlamalar zamanı müəyyən edildi ki, siniflərdə şagirdlərin sayı müvafiq qaydada müəyyən edilmiş normadan az olduğu hallarda və ibtidai siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində siniflərin artıq saxlanıldığı, evdə təhsilin təşkili və pedaqoji işçilərin ixtisasartırma kurslarına göndərilməsi işlərində ciddi nöqsanlara yol verilib.

Respublikanın qərb bölgəsində təhsilin səviyyəsi olduqda pis vəziyyətdədir. DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, Goranboy rayonunun təhsil ocaqlarında da müxtəlif problem və nöqsanlar mövcud olsa da bu rayon da Mikayıl Cabbarovun diqqəti-nəzərini cəlb etməyə “müvəffəq olmayıb”.

Xatırladaq ki, Goranboy Rayon Təhsil Şöbəsinin (RTŞ) keçmiş müdiri Elmar Əliyev rüşvət üstündə 11 il həbs cəzasına məhkum edilib. Şöbə müdirinin otağına baxış keçirilərkən seyfdən 2 milyon 500 min manat pul və hazır attestatlar götürülüb. Bizdə olan məlumatlara görə, hazırkı şöbə müdiri İlham Hüseynov yoxlamalar ara verəndən sonra köhnə iş prinsipinə qayıdıb: "Yoxlama təhlükəsi sovuşandan sinifləri yenə çoxaltmağa başlayıblar. Rayonun bütün məktəblərində bu proses davam edir. Müəllimlərdən 50 manat pul da yığırlar ki, bəs sinifləri yenə bölürük, sizə əlavə dərs saatları verəcəyik. Şöbə müdirinə yaxın olan direktor və müəllimlər etiraz etmir. Yerdə qalanları isə hüquqlarını tələb edirlər. Şöbə müdiri onlara deyir ki, rayonda qanun mənəm, gedin kimə şikayət edirsiniz edin".

Mənbəmizin açıqlamalarından belə məlum olur ki, şöbə müdirinin özbaşına əməllərindən biri də təmir-tikinti işləri ilə bağlıdır. Belə ki, rayon ərazisində yeni tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında kütləvi yeyinti hallarının olması istisna edilmir: "İki il əvvəl 3 saylı tam orta məktəb üçün 420 şagird yerlik yeni bina tikildi. Tatarlı, Səmədabad və Şadılı kəndlərində də təhsil müəssisələri inşa olundu. Bu məktəblərin tikintisinə dövlət büdcəsindən ayrılan pulların bir hissəsi məmurların cibinə gedib. Belə şeylərə görə rayonda təhsilin səviyyəsini yüksəltmək olmur. Ötən illərin qəbul imtahanları goranboylu gənclər üçün yaxşı keçməyib. Ali məktəblərə qəbul olanların sayı çox azdır. Bunun səbəbi məktəblərdə təhsilin olmamasıdır. Məmur özbaşınalığı imkan vermir ki, uğurlu nailiyyətlər qazanılsın. Prezident çalışır ki, gənclər müasir texnologiyaların sirrlərinə dərindən yiyələnsinlər. Ancaq bəzi şəxslər verilən avadanlıqları öz maraqları naminə satır. Bu qədər biganəlik, qudurğanlıq olmaz".

Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.

Geri qayıt