Əsas Səhifə > Hadisə > HƏRBİ XİDMƏTƏ GEDİRDİ...

HƏRBİ XİDMƏTƏ GEDİRDİ...


5-07-2013, 11:31
HƏRBİ XİDMƏTƏ GEDİRDİ...
Bu gün səhər saat 07:45-də Ələt-Astara magistralının 189 km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Lənkəran rayon sakini Zülfü Rəcəbov idarə etdiyi “Mersedec” markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəran rayonunun Boladı kənd sakini, 22 yaşlı Heydərov Balaxan Ehtiram oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub.

SalamNews-un bölgə müxbirinin vediyi xəbərə görə, dəhşətli qəzada VAZ-2107 markalı avtomaşının sərnişini, sürücünün əmisi oğlu 18 yaşlı Heydərov Əmrah Faiq oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə şahidinin sözlərinə görə, qəzada günahkar VAZ-2107 markalı avtomaşının sürücüsüdür.

Hadisə yerinə gələn Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəzanın başvermə səbəblərini araşdırmağa başlayıblar. İlkin versiya kimi, hadisəyə səbəb səhlənkarlıq, əlverişsiz hava şəraitində düzgün sürət həddi seçməmək göstərilir.

Hadisə yerində dünyasını dəyişən Əmrah Heydərov bu gün həqiqi hərbi xidmətə yola düşmək üçün Səfərbərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Lənkəran rayon şöbəsinə gedirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt