Əsas Səhifə > Gündəm, Manşet > 30 QAÇQIN AİLƏSİ HAKİMİYYƏTƏ ŞƏRT QOYDU

30 QAÇQIN AİLƏSİ HAKİMİYYƏTƏ ŞƏRT QOYDU


4-07-2013, 12:12
30 QAÇQIN AİLƏSİ HAKİMİYYƏTƏ ŞƏRT QOYDU
«QAÇQINKOM»UN MƏNZİL MAXİNASİYASININ QURBANLARI ÇƏTİN DURUMDA

DİA.AZ: - Bu il mart ayının 13-dən etibarən Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsinə başlanılıb. 1993-cü ildən BDU-nun 7 yataqxanasında məskunlaşan 1550-yə yaxın məcburi köçkün ailəsinin əksəriyyəti Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yeni tikilən binalara köçürülüb. Köçürülmə prosesindən 3 ay keçməsinə baxmayaraq, bu günlərə kimi bəzi ailələr hələ də BDU-nun yataqxanalarında qalıblar.

DİA.AZ-a müraciət edən bir qrup məcburi köçkün bildirir ki, hazırda 30 ailə BDU-nun yataqxanalarında Allahın ümidinə buraxılıb: «Az qala bir ay bizi işıqsız qoydular. Suyumuzu, qazımızı kəsdilər. Niyyətləri o idi ki, bizi köçməyə məcbur etsinlər. Kommunal xərclərimizi nə «Qaçqınkom» ödəyir, nə də BDU rəhbərliyi. Bu səbəbdən bizi belə bir problemlə üz-üzə qoydular. Ailələri isə köçürmək istəmirlər. Bəhanələr gətirirlər.

Qəzetlərdən oxuyuruq ki, onlar yataqxanada qalan ailələrin qaçqın statusunun olmasını iddia edirlər. Bu ağ yalandır. Necə olur ki, bizi hərbi xidmətə çağıranda, bizə qarşı hansısa iddiaları olanda ünvan kimi bu yataqxanaları seçirlər, amma indi öz ev maxinasiyalarını ört-basdır etmələri üçün statusumuzun olmadığını iddia edirlər?»

Narazı qaçqın ailələri DİA.AZ-a onu da bildirdilər ki, artıq məsələ ilə bağlı prezident administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi də planlaşdırırlar: «Ya bizə ev versinlər, ya da biz bu yataqxanaları tərk edən deyilik».

Geri qayıt