Əsas Səhifə > Dünya > AĞSAQQALA HÖRMƏTİN "KİTAYSKİ" VERSİYASI

AĞSAQQALA HÖRMƏTİN "KİTAYSKİ" VERSİYASI


4-07-2013, 10:56
AĞSAQQALA HÖRMƏTİN "KİTAYSKİ" VERSİYASI
Çində valideynlərinə qayğı göstərməyən övladlara qarşı cəza tətbiq olunacaq.

SalamNews “Tageszeitung” saytına istinadla xəbər verir ki, yeni qanuna görə “bütün vətəndaşlar yaşı 60-ı ötmüş valideynlərini yoluxmağa mükəlləfdirlər”. Məhkəmə hakimlərinə isə şifahi göstəriş verilib ki, övladların valideynlərinə iki ayda bir dəfədən gec olmayaraq baş çəkmələri diqqətdə saxlanılsın. Bu qaydaya əməl etməyənlərı cərimə və ya bir il müddətində azadlıqdan məhrum edilmə cəzası gözləyir. Çin Kommunist Partiyası “Bir ailə - bir uşaq” siyasətini tətbiq edəndən sonra ölkədə qocaların sayı durmadan artır. Bu gün 1.3 milyard insanın 200 milyonunun yaşı 60-ı keçib. Çinin Sosial Elmlər Akademiyasının proqnozuna görə isə 2030-cu ildə 60 yaşlı insanlar əhalinin 30 faizini təşkil edəcək.

Geri qayıt