Əsas Səhifə > Gündəm, Manşet > AZƏRBAYCANDA «SEVİL MASSİVİ» FIRILDAĞI

AZƏRBAYCANDA «SEVİL MASSİVİ» FIRILDAĞI


4-07-2013, 10:12
AZƏRBAYCANDA «SEVİL MASSİVİ» FIRILDAĞI
21-Cİ ƏSRDİR, AMMA İNSANLARIMIZI HƏLƏ DƏ KÜTLƏVİ ŞƏKİLDƏ ALDADIRLAR

DİA.AZ: - Abşeron rayonu “At yalı” massivi ərazisində yeni salınan, gələcəkdə "Sevil massivi" adlanacaq bir layihə hazırlanır. Yəqin ki, bundan əksəriyyətin xəbəri var. Hər halda, buk imi layihələrdə - yəni kütləvi fırıldaqda ALDADILANLARIN sayının çox olması zərurəti olduğundan əksəriyyət prosesdən xəbərdar olur. Çünki iştirakçı kütləviliyi ilk şərtdir.

Bu kimi kütləvi talançılığa zaman-zaman rast gəlmişik. Müstəqilliyimizin ilk günlərindən yetərincə kütləvi şəkildə aldadılmışıq. Dəstə-dəstə bığıburma kişilrəiimzin vaxtı olub ki, muncuq düzüb pul qazanmaq sevdasına düşdüyünü də görmüşük, dəstə-dəstə yaşmaqlı nənələrimizin pensiya kartlarını almaları üçün pensiyalarının altı ayından vaz keçdiklərini də.

İndi də Azərbaycanda kütləvi fırıldaq halına rast gəlməkdəyik. Onlardan biri də «Sevil» MMC tərəfindən qeyd etdiyimiz kimi «At yalı» deyilən ərazidə inşa olunan, gələcəkdə adı «Sevil massivi» adlanacaq bir layihədir.

DİA.AZ-a daxil olan şikayətlərdən, edilən müraciətlərdən də aydın olur ki, «Sevil massivi»ni inşa edən şirkət əslində insanların tənbəlliyindən sui-istiafəd edərək onlara sotu 1000 dollara olan ərazidə torpağın sotunu 7 min manata satırlar. Hələ dövlət tərəfindən təklif olunan qiyməti xatırlatmırıq. Halbuki şirkət həmin torpağı vətəndaşlardan - əldən - yəni qara bazardan almayıb, elə dövlət qiymətinə alıb. Və bu zaman nə qədər qazanc əldə etdiyini təxmin etmək o qədər də çətin deyil.
AZƏRBAYCANDA «SEVİL MASSİVİ» FIRILDAĞI

Apardığımız araşdırmalar nəticəsində müəyyən edə bildik ki, şirkət rəhbərliyi hətta bu bahaçılığına haqq da qazandırır: «Biz 5 növ kommunikasiya təklif edirik: Qaz, su, işıq, kanalizasiya və telefon xətti…»

Yəni bu səbəbdən 1000 dollarlıq torpağı 7000 manata, yəni təxminən ən azından 10 dəfə baha qiymətə alıcıya təklif olunur. Hələ həmin torpaqda ev idə tikmək lazımdır.

Onu da bildirək ki, DİA.AZ olaraq «Sevil massivi»i ilə bağlı daxil olan şikayət məktubları əsasında araşdırma material hazırlanır və yaxın günlərdə həmin materialı diqqətinizə təqdim edəcəyik. O zaman 21-ci əsrdə Azərbaycanda davam edən növbəti kütləvi fırıldaq faktının ilginc məqamları ilə tanış ola biləcəksiniz.

Qarşı tərəfin də mövqeyini işıqlandırma borcunu hiss edirik. Bizi izləməkdə davam edin…

Geri qayıt