Əsas Səhifə > Cəmiyyət > FƏRHAD VƏ RAFİQ ƏLİYEVƏ AZADLIQ!
FƏRHAD VƏ RAFİQ ƏLİYEVƏ AZADLIQ!21-12-2011, 16:05 |
ABŞ KONQRESİNDƏN KEŞMİŞ NAZİRLƏ BAĞLI ÇAĞIRIŞ ABŞ Konqresinin hüquq komissiyasının həmsədrləri Tom Lantos və Ceyms Makqovern Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək siyasi məhbusları, ilk növbədə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi və onun qardaşı, biznesmen Rafiq Əliyevi həbsdən azad etməyə çağırıb. “Turan”ın məlumatına görə, məktubda siyasi məhbuslar probleminin həll olunmamasından narahatlıq ifadə olunub: “Biz iqtisadi və sosial sabitliyin saxlanması ilə bağlı Azərbaycanın səylərini qiymətləndiririk. Lakin insan hüquqları, ilk növbədə siyasi məhbuslar məsələsinin həll edilməməsindən narahatıq”. Konqresmenlər Fərhad və Rafiq Əliyev qardaşlarının hələ də həbsdə qalmasından dərin narahatlıq bildirərək onların azadlığa buraxılmasını xahiş ediblər. Tom Lantos və Ceyms Makqovern Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə, əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əməl etməyə çağırıblar. Konqresin hüquq komissiyası Nümayəndələr Palatasının müstəqil klubudur. Onun missiyası beynəlxalq insan hüquqları normalarının müdafiəsi və dəstəklənməsidir. 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Fərhad və Rafiq Əliyev qardaşları sonradan iqtisadi cinayətlərdə təqsirli biliniblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə əmlakları müsadirə olunmaqla F.Əliyevi 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edib. Geri qayıt |