Əsas Səhifə > Cəmiyyət, Manşet > CAHANGİR ƏSGƏROVUN KOMMERSİYA SİRRİ

CAHANGİR ƏSGƏROVUN KOMMERSİYA SİRRİ


21-12-2011, 16:00
CAHANGİR ƏSGƏROVUN KOMMERSİYA SİRRİ

“AZAL” QSC-NİN İTKİLƏRİ BARƏDƏ ŞOK FAKTLAR

Cari ilin doqquz ayı ərzində sərnişin daşımalarına görə Azərbaycan aviaşirkətlərinin itkiləri 87 mln manat təşkil edib. Bu barədə Turana mötəbər mənbədən məlum olub.

Cari ilin üç rübü ərzində Azərbaycanın iki sərnişin daşıyan aviaşirkətinin gəlirləri 137 248,5 min manat təşkil edib, bu da ötən ilin müqayisə olunan dövründən 36,2% çoxdur. Aviaşirkətlərin xərclərinin artım tempi gəlirlərin artımını 16,3%-lıq punk üstələyib. Göstərilən dövrdə aviaşirkətlərin xərcləri 223 917,5 min manat təşkil edib.

“Azerbaijan Airlines” Dövlət Aviaşirkətin xidmət rəisi Məhərrəm Səfərli şirkətlərin maliyyə göstəricilərini şərh etməkdən imtina edib və bunu kommersiya sirri ilə əsaslandırıb. AR «Kommersiya sirri haqqında» qanunun 4 maddəsinə əsasən, mühasibat balansına aid məlumatlar kommersiya sirrinə aid deyil. Bundan əlavə, “AZAL“ QSC-nin nizamnaməsi və AR «Mühasibat uçotu haqqında» qanununa əsasən, bazarın inhisarçı subyekti kimi aviaşirkət beynəlxalq mühasibat uçotunun standartlarına cavab verən illik mühasibat balansını dərc etməlidir. Aviaşirkət qanunvericiliyin bu tələbinə əhəmiyyət vermir.

Azərbaycanda sərnişin daşımaları ilə ”AZAL“ və “Turan Air” (“Silk Way Holding” törəmə strukturu) məşğul olur. Sərnişin daşımalarının 97%-i “AZAL”ın payına düşür. Yerli marşrutlara görə aviaşirkətlərin tarifləri Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Rəsmən zərərli Bakı-Naxçıvan-Bakı marşrutları ilə uçuşlar hesab edilir. Dövlət hər il bununla əlaqədar “AZAL”a 12 mln manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 160 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Turan İA bu reysin zərərli olmasının səbəblərini aydınlaşdırmağa çalışıb. Ancaq “Azerbaijan Airlines” QSC-nin prezidenti Cahangir Əsgərov agentliyin yazılı sorğusuna cavab vermir.

Beynəlxalq hava yollarına görə “AZAL” bazarın konyekturasından asılı olaraq tariflər müəyyənləşdirir.

Qeyd etmək lazımdır ki, bu gün sərnişin daşımalarının həcmində artım var. Cari ilin 11 ayı ərzində (məlumatlar Azərbaycan Dövlət Statistika Komitəsindən təqdim edilib) yerli hava gəmiləri ilə 1 297,5 min sərnişin daşınıb, bu da 2010-cu ilin analoji dövrünün göstəricisini 37,9% üstələyir. Bu şəraitdə necə itki ilə işləmək olar, bu sirr olaraq qalır.


Geri qayıt