Əsas Səhifə > Siyasət, Manşet > İLHAM İSMAYILOV İNDİDƏN MANDAT BAZARLIĞINDA

İLHAM İSMAYILOV İNDİDƏN MANDAT BAZARLIĞINDA


3-07-2013, 12:30
İLHAM İSMAYILOV İNDİDƏN MANDAT BAZARLIĞINDA
FƏZAİL AĞAMALININ YERİNİN PULU HƏLƏ KEÇƏN SEÇKİDƏN ÖDƏNİLİB

DİA.AZ: - Parlament seçkilərinə hələ xeyli müddət qalsa da, indidən tədarük görənlər də var imiş. Hər halda, keçmiş ABU rektoru Elşad Abdullayevin açıqladığı videofaktlardan da aydın oldu ki, Prezident Administrasiyası rəhbərliyi səviyyəsində rəsmən deputat mandatı bazarlığı gedirmiş. Və hələ də bu faktın təkzib olunmaması və yaxud da Elşad Abdullayevin məlum iddiaları ilə bağlı tutarlı izahatın verilməməsi çoxdan cəmiyyətə hali olan «mandat bazarlığının» hələ də aktual olmasından xəbər verir.

Elə buna görə də «köhnə üsullarla» deputat olmaq istəyənlərin indidən hərəkətə keçməsi barədə DİA.AZ-a ilginc faktlar daxil olub. Onlardan biri isə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsisçilərindən olan, «Klassik A-İ» şirkətinin direktoru İlham İsmayılovdur.

Onunla bağlı redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, bir neçə dəfə Salyan rayonunun deputat mandatını cibinə qoymağa cəhd göstərən İlham İsmayılov hər dəfəsində Fəzail Ağamalı səddini aşmağa müvəffəq olmayıb. Onun hətta keçən seçkilərdə deputat ola bilməsi üçün gərəkən dairələrə eynən Elşad Abdullayev kimi külli miqdarda pul verdiyi də söylənilir.

Mənbəmiz bildirir ki, məhz həmin pullarının bədəli olaraq İlham İsmayılova 2015-ci il seçkilərində deputat olacağı vədini veriblər. Mənbənin söylədikləri: «Yəni artıq pulu ödənilib. Və İlham İsmayılova bildirilib ki, rayonda bəri başdan sakinlərin də etimadını qazanmalıdır».

Məhz buna görə, bu gün Salyanda aparılan abadlıq işlərinin əksərinin sponsoru kimi tanınan İlham İsmayılovun əslində növbəti dəfə də arzularının ürəyində qalacağını bildirən mənbəmiz iddia edir ki, bu gün iqtidarın siyasətinə cavab verən Fəzail Ağamalının İlham İsmayılova dəyişdirilməsi planı he də inandırıcı deyil: «Bəlkə də böyük varidata sahib olan İlham İsmayılov başqa bir dairədən namizədliyini irəli sürsə, nəyəsə nail ola bilər. Amma Salyanda ona yaşıl işıq yandırılmayacaq».

Aşağıdakı fotoda təsvir olunan Salyan rayonunun Qaraçala qəsəbəsindəki villa İlham İsmayılovun həyat səviyyəsininin kifayət qədər yüksək olmasından xəbər verir.

Mənbəmiz bu arada onu da bildirdi ki, amma özünə yaxın çevrələrdə gələcək parlament seçkilərilə bağlı danışan İlham İsmayılov bildirib ki, artıq Salyanın deputat mandatı onun cibindədir: «O, hətta təminatçısı kimi iri ranqlı məmurlardan birinin də adını çəkib».

İLHAM İSMAYILOV İNDİDƏN MANDAT BAZARLIĞINDA

Geri qayıt