Əsas Səhifə > Cəmiyyət, Manşet > ABBAS ABBASOV BAKIYA GƏLMƏYƏ HAZIRLAŞIR

ABBAS ABBASOV BAKIYA GƏLMƏYƏ HAZIRLAŞIR


2-07-2013, 16:21
ABBAS ABBASOV BAKIYA GƏLMƏYƏ HAZIRLAŞIR
BAŞ NAZİRİN KEÇMİŞ MÜAVİNİ ƏSƏBLƏ OYNAYIR?

DİA.AZ: - «Milyarderlər İttifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Azərbaycan baş nazirin sabiq müavini, «AST» şirkətlər qrupunun vitse-prezidenti Abbas Abbasov 10 gündən sonra Bakıda olacaq. Bu barədə DİA.AZ-a xəbər verən mənbə bildirir ki, Abbas Abbasov Azərbaycana istirahət məqsədiləi gəlir və onun heç bir rəsmi görüşü planlaşdırılmır.

Xatırladaq ki, son günlər baş nazirin keçmiş müavini Kremlin Azərbaycana qarşı layihəsində yer alan bir fiqur kimi səciyyələndirilməklə yanaşı, həm də rəsmi Bakı üçün arzuolunmaz şəxs kimi xarakterizə olunmaqdadır.

Məlumatı verən qaynaq iddia edir ki, əslində Abbas Abbasovun Azərbaycana planlaşdırılan səfəri rəsmi Bakının əsəbləri ilə əyləncədən başqa bir şey deyil:

«Çünki Abbas Abbasova qarşı hazırki hakimiyyətin hansısa üsulla tədbir görməsi, Akif Muradverdiyev olayında olduğu kimi, onu «Çar Rusiyasının qızılları ilə» həbs etməsi mümkün deyil».

Mənbəmiz onu da əlavə etdi ki, Abbas Abbasovu bu səfəri boyunca antiBakı ovqatı ilə diqqətə gələn ikinci bir fiqur - Putinin nümayəndəsi, «Azerros»un sabiq rəhbəri Söyün Sadıxov da müşaiyət edəcək.

Geri qayıt