Əsas Səhifə > Cəmiyyət > FRANSANIN YALANÇI TARİXİN QALASINA ÇEVRİLMƏSİNƏ YOL VERMƏYİN!

FRANSANIN YALANÇI TARİXİN QALASINA ÇEVRİLMƏSİNƏ YOL VERMƏYİN!


21-12-2011, 13:27
FRANSANIN YALANÇI TARİXİN QALASINA ÇEVRİLMƏSİNƏ YOL VERMƏYİN!

QADINLAR BİRLİYİ FRANSAYA QARŞI BƏYANAT YAYDI

“Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”.Fransanın "erməni soyqırımı"nın inkarına görə cinayət təqibi haqqında qanunun qəbul edilməsi məsələsi Azəri-Türk Qadınlar Birliyi tərəfindən də etirazla qarşılanıb. ATQB sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Fransa "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun qəbul etməklə söz azadlığı və demokratiya kimi dəyərlərə qarşı çıxır.

ATQB-nin adından verilən bəyanatda deyilir:

“Fransa belə addım atmaqla obyektivlik və ədalət prinsipindən nə qədər uzaq olduğunu, türklərə qarşı qərəzli mövqedə durduğunu bir daha sübut edib. Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib. Azərbaycan dövləti Fransanın vasitəçilik missiyasından imtina etməli, onun ATƏT-in Minsk Qrupundan və həmsədrlikdən uzaqlaşdırılmasını təmin etməlidir.

"Bu qanun inkvizisiya sisteminin qayıtmasına yol verir. Bu hadisə söz azadlığını prinsiplərinə ziddir. Fransanın yalançı tarixin qalasına çevrilməsinə yol verməyin! Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın ".


Geri qayıt