Əsas Səhifə > Ölkə, Manşet > POLİSLƏR İSTƏDİKLƏRİNƏ ÇATA BİLMƏDƏİLƏR

POLİSLƏR İSTƏDİKLƏRİNƏ ÇATA BİLMƏDƏİLƏR


2-07-2013, 16:17
POLİSLƏR İSTƏDİKLƏRİNƏ ÇATA BİLMƏDƏİLƏR
2 İYULA ÜMİDLƏ BAXIRDILAR

DİA.AZ: - Bu gün Azərbaycanda polis orqanlarının yaradılmasının 95-ci ildöünüm qeyd olunur. Bildirək ki, dünəndən etibarən polislərə peşə bayramları münasibətilə müxtəlif ünvanlardan təbriklər edilir, mükafatlar verilir, təltif olunurlar. Amma ortada bir narazılıq da var.

DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı qaynaqlardan ötürülən informasiyadan aydın olur ki, bugünkü tarixi səbirsizliklə gözləyən yüzlərlə polis əməkdaşı yenə də «qaldı gələn ilə» deyərək ümidlərini gömməli olublar.

Mənbənin söylədikləri: «Söhbət polis işçilərinin əməkhaqqılarının qaldırılmasından gedir. Gözlənilirdi ki, bugünkü tarixdə prezident polis əməkdaşlarının maaşlarını qaldıracaq. Amma bu baş vermədi. Və elə bu səbəbdən yüzlərlə polisə 2 iyul tarixini ümidsiz şəkildə qeyd etməkdən başqa çarə tanınmayıb».

Geri qayıt