Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏTDAXİLİ ÇƏKİŞMƏLƏRDƏ KİM KİMDİR?

HAKİMİYYƏTDAXİLİ ÇƏKİŞMƏLƏRDƏ KİM KİMDİR?


2-07-2013, 10:00
HAKİMİYYƏTDAXİLİ ÇƏKİŞMƏLƏRDƏ KİM KİMDİR?
ÖZ MARAQLARI NAMİNƏ KOMANDA YOLDAŞLARINI VURANLAR BELƏ TAPILIR

DİA.AZ: - «Hakimiyyət daxilində bəlli bir qruplaşma var. Və həmin qruplaşma bir neçə icra başçısını, naziri və eyni zamanda nüfuzlu məmurları mətbuatda hədəfə alaraq, onları nüfuzdan salmağa çalışırlar». Bu şok açıqlamanı DİA.AZ-a iqtidar daxilində gedən çəkişmələrlə bağlı məlumatı verən qaynaq deyib.

Mənbə bildirir ki, bu gün mətbuata müxtəlif yollarla məlumatlar ötürürlər: «Onların işləri əvvəllər çox çətin idi. Ciddi pul hesabına ictimai rəy formalaşdırırdılar. Amma indi qəzetlərin, portalların «informasiya acdığını» hesablayaraq, əslində öz maraqlarına uyğun olan «senssasion faktlarını» ictimailəşdirirlər».

Mənbə iddia edir ki, həmin şəbəkə bir neçə cinahda formalaşıb: «Onlardan bəzilərinin maraqları toqquşsa da, ümumi olaraq bu qayda üzrə çalışan şəbəkələr daha çox bir-birilərinin hədəfləri olmaqdan yayınırlar. Hədəflərin işi isə çox çətin olur. Onlar həm «yuxarılar» qarşısında hesabat, izahat verməli olurlar, həm də müdafiə olmaq zorunda qalırlar».

Mənbəmiz iddia edir ki, bu tipli şəbəkələr əsasən iki nazirin nəzarəti altında fəaliyyət göstərir: «Həmin nazirlərin arasında da rəqabət var. Lakin son zaman atəşkəsdədirlər. Çünki ümumi maraqları daha çoxdur. Və ən əsas məqam isə ondan ibarətdir ki, bu iki anna güc mərkəzi qeyd olunan şəbəkələrin hesabına külli-miqdarda gəlir də əldə edib».

Geri qayıt