Əsas Səhifə > Ölkə, Manşet > AZƏRBAYCANLI VƏHABİDƏN İLGİNC AÇIQLAMALAR

AZƏRBAYCANLI VƏHABİDƏN İLGİNC AÇIQLAMALAR


1-07-2013, 16:42
AZƏRBAYCANLI VƏHABİDƏN İLGİNC AÇIQLAMALAR
MƏMURLAR ARASINDA DA VƏHABİLƏR VAR

DİA.AZ: - Redaksiyamıza özünü «sələfi» adlandıran vəhabi qanadının azərbaycanlı nümayəndələrindən biri ilə anonim lent danışığı göndərilib. DİA.AZ əməkdaşları həmin lent danışığının bir hissəsini köçürərək diqqətinizə təqdim edir. Hər halda, bizim aramızda olan və gələcəyimizi təhdid edən bu TƏHLÜKƏdən xəbərdar olmağımız üçün təqdim etdiyimiz material kifayət qədər vacibdir.

Beləliklə…

«- Siz kimsiniz?
- Biz, Allahın yer üzündəki əsgərləriyik. Allahın qoyduğu qanunların bərpası üçün canımızdan belə keçməyə hazırıq. Bizim üçün ölüm bir vasitə olduğundan bu gün sizin «vəhabi» adlandırdığınız bizlər hər an ölümün gözünə dik baxmağı bacarırıq

- Azərbaycanda niyə varsınız?
- Bizə bu sualı çox verirlər… Nədən biz vətəndaşları müsəlman hesab olunan ölkələrdə daha çox varıq? Cavabı sadədir. Çünki artıq xristianlar və digər qeyri-müslümlər onsuz da itirilmişlərdir. Bizim hədəfimiz Allahın yoluna xəyanət edən müsəlmanları yollarına qaytarmaqdan ibarətdir. Ona görə də bu gün biz müsəlman dünyasında ilk olaraq Allah qanunlarını bərpa etməyə çalışırıq.

- Axı Allahın qanunlarında ölümlə, zorla nəyisə anlatmaq yoxdur. Siz isə silahlı mübarizəni, müqaviməti halal bilirsiniz…
- Əgər qarşımızdakı hədəf bizimlə zor dilində danışırsa və silahlı mübarizədən başqa bir çıxış yolu qalmırsa, biz də bu dildə danışmağa məcburuq.

- Siz də bu ölkənin vətəndaşlarısınız? Amma bu gün səsiniz Suriyadan, Pakistandan, Əfqanıstandan gəlir… Olmazdımı ki, Qarabağ uğrunda Allahın qanunlarının bərpasına çalışasınız. Yəni Suriyada verdiyiniz canları doğulub, böyüdüyünüz vətən uğrunda qurban verəsiniz…
- Suriya da, Əfqanıstan da, Pakistan da, İraq da və bütün ölkələr də bizə Azərbaycan kimi doğmadır. Yəni bizim üçün vətən anlayışı bir məzar yeri qədərində əhəmiyyətlidir.

- Azərbaycanla bağlı hansı planlarınız var?

- Sayımızı çoxaldırıq. Yolumuza dəvətlilərin sırasını genişləndiririk. Yolunu azmışların sayını azaldırıq. Siyasətlə işimiz yoxdur.

- Amma sizin adınız terror aktlarında hallandı?
- Onlar bizdən deyillər. Bütün qüvvələrin içində təxribatçılar olur. Amma bizim Azərbaycanla bağlı niyyətimiz tamam fərqlidir. Biz Azərbaycanda nəyisə silah gücünə həll etməyi düşünmürük.

- Amma əvvəlcə dediniz ki, sizinlə kim hansı dildə danışırsa, onunla da o dildə danışırsınız…
- Eyni fikrimi bir daha təkrarlayıram. Bu, həqiqətdir.

- O zaman dövlət sizə silah çəkəcəksə, eyni qaydada reaksiya verəcəksiniz?
- Azərbaycanda bizim fəaliyyətimiz fərqlidir. Bu gün məmurlar arasında da bizim qardaşlarımız var. Biz Azərbaycanda tədricən hər kəsi Allahın qanunlarına dəvət etməyi planlaşdırırıq. Ona görə də Azərbaycanda zora ehtiyac yoxdur. Həm də Azərbaycanda İran təhlükəsi olduğundan burada fərqli üsul seçilib».

DİA.AZ bildirir ki, bu söhbətin kimlər arasında getdiyini bilməsək də, cavab verən tərəfin vəhabi mənsubu olduğu anlaşılır. Söhbətin davamını yaxın günlərdə diqqətinizə çatdıracağıq.

Geri qayıt