Əsas Səhifə > Güney Press, Araşdırma > “QUSKA”NIN VƏKİLİ FAZİL MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERİR

“QUSKA”NIN VƏKİLİ FAZİL MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERİR


1-07-2013, 16:23
“QUSKA”NIN VƏKİLİ FAZİL MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERİR
“İnterpol” vasitəsilə axtarışa verilən sabiq deputat Hüseyn Abdullayev haqqında Vergilər Nazirliyinin İstintaq İdarəsində açılan cinayət işi ilə bağlı məhkəməyə müraciət olunacağını deyib. DİA.AZ bildirir ki, bu bardədə “hafta.az” portalı məlumat yayıb. Xəbərə görə, keçmiş deputatın vəkili Kamandar Nəsibov açılan cinayət işi ilə bağlı məlumatlandırılmadığını və göndərdiyi sorğunun cavabsız qaldığını deyib:

"Hüquqlarını müdafiə etdiyim şəxs haqqında açılan cinayət işi ilə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsinə yazılı müraciət etdim. Açılan cinayət işi ilə bağlı bilgiləndirilməyim müdafiə hüququnun bir hissəsidir. Ancaq sorğuma nə yazılı, nə də şifahi cavab verilməyib. Göndərdiyim sorğu müdafiə hüququ ilə bağlı olduğuna görə maksimum tez cavab verilməli idi. Ancaq 3 gündən artıq vaxt keçməsinə baxmayaraq, heç bir cavab verilməyib. Bu gün axşam yenidən sonuncu sorğunu göndərəcəyik. Əgər sorğumuz yenə cavabsız qalarsa, nazirliyin istintaq idarəsini məhkəməyə verəcəyik".

Geri qayıt