Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ «QOROTDEL» ŞEFİ ÇƏTİN DURUMA DÜŞÜB

KEÇMİŞ «QOROTDEL» ŞEFİ ÇƏTİN DURUMA DÜŞÜB


1-07-2013, 15:11
KEÇMİŞ «QOROTDEL» ŞEFİ ÇƏTİN DURUMA DÜŞÜB
MƏDƏT QULİYEVƏ QARŞI KAMPANİYA BUMERANQ EFFEKTİNƏ NƏDƏN OLUB

DİA.AZ: - Polis sistemindən ədliyyə nazirliyinə keçid edərək Penitensiar xidmət kimi mühüm bir quruma rəhbərliyi ələ alan Mədət Quliyev vəzifəsini dəyişsə də, ona qarşı düşmənçilik mövqeyində dayanan keçmiş rəqiblərinin münasibətini dəyişməyə müvəffəq olmadı. Elə buna görə də son zamanlar Mədət Quliyevə qarşı daha bir mətbu kampaniya start götürüb.

Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, arxasında Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyası rəhbərinin hərbi və təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini tutan Məhərrəm Əliyevlə Mədət Quliyevin ədavət tarixi xeyli köhnədir.

Mənbənin söylədikləri: «Məhərrəm Əliyev zaman-zaman Mədət Quliyevi sıradan çıxarmağa çalışıb. Amma nəticədə özü Azərbaycandan uzun müddətə sürgün edildi. İndi isə dəngələr kifayət qədər dəyişib. Məhərrəm Əliyev yenidən meydandadır. Hətta deputat qardaşının nəzarəti altında olan media vasitəsilə Mədət Quliyevi çökrətməyə də çalışır. Bu dəfələrlə hiss olunub. İndi isə yeni bir kampaniya başlayıb».

Artıq bu barədə Mədət Quliyevin «yuxarılara» da giley-güzar etdiyini bildirən mənbəmiz maraqlı bir məqama da toxundu: «Penitensiar Xidmətin rəhbərliyi ona qarşı kampaniyanın əslində hakimiyyətin ümumi maraqlarına təhlükə olduğunu sübuta yetirə bilib. Bu hal isə Məhərrəm Əliyev üçün heç də yaxşı nələrisə vəd etmir».

Geri qayıt