Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİMİZ XƏSTƏ ÇIXDI

GƏNC MÜĞƏNNİMİZ XƏSTƏ ÇIXDI


1-07-2013, 14:48
GƏNC MÜĞƏNNİMİZ XƏSTƏ ÇIXDI
DƏNİZDƏ ÜZMƏK QORXUSU VAR İMİŞ

Şou-biznes nümayəndələrindən olan, “Yeni ulduz” yetirməsi Sevda Yəhyayeva xəstəliyə tutulub! Sən demə, müğənni xanım ablutofobiya (red. – dənizdə üzməkdən qorxmaq) xəstəliyindən əziyyət çəkirmiş.

“Mən dəniz kənarında oluram, amma rahat dincələ bilmirəm. Heç vaxt suya girmərəm. Dənizdə çimməkdən qorxuram. İnanmıram ki, bundan sonra da nə vaxtsa dənizə girib, rahat cimim”, - deyə jurnalistlərə açıqlama verən Sevda Yəhyayeva yay aylarında xarici ölkələrdə istirahət etməyi planlaşdırdığını bildirıb:

- Ancaq ilk öncə bu yay bir konsert proqramı ilə çıxış etmək istəyirəm. Prodüserim Tolik Nabranda yerləşən “Atlant” istirahət mərkəzində konsertimi təşkil edəcək. Pərəstişkarlarım qarşısında mahnılarımı oxuyacağam. Sonra dincələcəyəm. Yeni sezonda yeniliklərimlə görünəcəyəm.

Geri qayıt