Əsas Səhifə > Siyasət, Manşet > KREMLLƏ YAP İQTİDARA MƏXFİ DANIŞIQLARDA

KREMLLƏ YAP İQTİDARA MƏXFİ DANIŞIQLARDA


1-07-2013, 14:09
KREMLLƏ YAP İQTİDARA MƏXFİ DANIŞIQLARDA
AZƏRBAYCAN HAKİMİYYƏTİ RUSİYANIN MARAĞINA İŞLƏYƏ BİLƏCƏKMİ?

DİA.AZ: - «Rusiya Azərbaycanla bağlı planlarında dəyişiklik edə bilər». Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr ötürüb. Qaynaq iddia edir ki, keçən həftədən etibarən rəsmi Bakı ilə Kreml arasında danışıqlar gedir.

Mənbənin söylədikləri: «Danışıqlar məxfi aparılır. Hələlik bir anlaşmaya varılmayıb. Müzakirə mövzusu qarşıdan gələn prezident seçkilərində Kremlin Azərbaycanla bağlı siyasətidir».

Mənbəmiz iddia edir ki, rəsmi Bakkı Moskvaya bir sıra müstəvilərdə güzəştə getməyi planlaşdırır: «Azərbaycan hakimiyyəti beynəlxalq miqyaslarda bir sıra gedişləri edib. Bu enerji layihələri ilə bağlı siyasətdir. Amma bütün bu gedişlər nəticəsiz də bitə bilər. Çünki əsas hədəf Kremlin müdaxilələrinin azaldılmasına hesablanıb. Yəni YAP iqtidarı Rusiyanın enerji layihələrindəki marağının müqabilində sakit seçkilərə nail olmağı düşünür».

Geri qayıt