Əsas Səhifə > Siyasət, Manşet > İRAN İNDİ DƏ GƏNCƏNİ QARIŞDIRIR

İRAN İNDİ DƏ GƏNCƏNİ QARIŞDIRIR


21-12-2011, 11:52
İRAN İNDİ DƏ GƏNCƏNİ QARIŞDIRIR

MOLLA REJİMİ ELMAR VƏLİYEVİ “KAFİR” ELAN EDİB

DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən İranmeyilli KİV-lər indi də Gəncənin icra başçısı Elmar Vəliyevi hədəfə alıblar. Neçə müddətdir ki, fars-molla rejiminin nəzarətində olan xəbər portallarında Gəncə şəhər rəhbərliyi gah PKK-ya dəstək verməkdə ittiham olunur, gah da dinə qarşı çıxmaqda. Daha bir belə material “islamazeri” protalında yer alıb ki, həmin “xəbəri” olduğu kimi diqqətinizə çatdırırıq:

“Gəncədə Tasua və Aşura mərasimlərindən sonra Elmar Vəliyev dini və dindarları ləkələmək üçün yeni planlar hazirlayır. Gəncədən daxil olan məlumata görə, şəhərin axundlarını və bir neçə dindarı QMİ-nin qərb bölgəsi üzrə nümayəndəsi Hacı Tahir Abbasovun əleyhinə şəhadət vermələrini istəmiş, bununla şəhərdə inanclı insanlar arasında qruplaşma yaratmaq, ixtilaf salmaq, dindarların vəhdətinin olmaması və cinayətkar olmaları fikrini formalaşdırmaq ki, xalq arasında Tasua-Aşura hadisələrindən sonra olmayan nüfuzunun daha da aşağı düşməməsi üçün hər növ vasitələrə əl atır.

Hicablı xanımların hamisini fahişə adlandırması, dəfələrlə dindarı təhqir etməsi, məscidlər də dua və sair mərasimlərin qarşısını alması, məsciddə ayaqqabılı girmək istəməsi və istehza ilə məsciddə hanı Allah deməsi, o məscidə ki, prezident ayaqqabısız girib və həmin məscidi təmir etdirib.

Elmar Vəliyevin dini qanunlara hörmət etmədiyini bilirik, belə çıxır ki, prezidentə də hörmət etmir. Hətta iş o yerə gəlib çatıb ki, QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin işlərinə müdaxilə etmək, din xadimlərinə təzyiqlər göstərir və onların işdən çıxarmaqla təhdid edir. Dəfələrlə mən bu şəhərin ağasıyam deməsi. Hadisələrin gedişindən bu nəticəyə gəlmək olar ki, Elmar Vəliyev icra hakimi yox dinlə mübarizə aparmaq üçün çalışır.

P.S. Həqiqətən olmuş hadisə: Elmar Vəliyev vəzifəyə yeni təyin olunduqdan sonra ona göstərirlər ki, bu məscidi Cümə (Şah Abbas məscidini) prezident təmir etdirib. Məscidə ayaqqabılı girmək istəyəndə axund deyir Allahın evinə ayaqqabılı girmək olmaz, daxil olduqdan sonra istehza ilə ora-bura baxaraq hanı bəs Allah deyib”.

Hər halda, bu kimi “məlumatlarla” İranın nəyə nail olmaq istədiyi tamamilə aydındır…


Geri qayıt