Əsas Səhifə > Ölkə, Manşet > RƏSUL QULİYEV AZƏRBAYCANA GƏLMƏYƏ RAZI OLUB

RƏSUL QULİYEV AZƏRBAYCANA GƏLMƏYƏ RAZI OLUB


28-06-2013, 16:42
RƏSUL QULİYEV AZƏRBAYCANA GƏLMƏYƏ RAZI OLUB
BU MƏQSƏDLƏ DANIŞIQLARA GEDƏN ACP LİDERİ HƏBSƏ BELƏ HAZIR İMİŞ

DİA.AZ: - Keçmiş spiker, Açıq Cəmiyyət Partiyasının mühacir lideri Rəsul Quliyevin Azərbaycana gəlmə niyyəti barədə hələ xeyli əvvəldən məlumat vermişdik. Xəbərimizdə onu da bildirmişdik ki, Rəsul Quliyev bu günlərdə Gürcüstana səfər edəcək.

Bununla bağlı DİA.AZ-a danışan mötəbər mənbə maraqlı bir faktı açıqlayıb: «Rəsul Quliyev əslində Azərbaycana gəlmək fikrinə düşüb və hətta bu yolda həbsə belə razılaşıb».

Mənbə iddia edir ki, ACP lideri bu məqsədlə nüfuzlu məmurlardan biri ilə separat danışıqlara da gedib: «Lakin sonradan hansısa səbəbdən anlaşma pozulub. Deyəsən, kimlərəsə Rəsul Quliyevin mühacirətdə qalması, həbsxanada olmasından daha çox sərf edir. Həmin qüvvələr isə elə hakimiyyətin öz içindədirlər».

Geri qayıt