Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISINA QARŞI ŞANTAJ KAMPANİYASI
İCRA BAŞÇISINA QARŞI ŞANTAJ KAMPANİYASI28-06-2013, 16:41 |
HAKİMİYYƏT İÇİNDƏ QRUP SAVAŞI DİA.AZ: - Son günlər bir sıra məmurlara qarşı mətbuatda kampaniya aparılır. Əslində burada kimlərin hansı maraq güddüyünü sezməmək mümkün deyil. DİA.AZ-a bu yöndən olduqca ilginc faktlar ötürülüb. Məlumatlı mənbələrdən sızan informasiyaya görə, bir-birilərini həzm etməyən məmurlar rəqiblərini nüfuzdan salmaq üçün mətbuatın da gücündən zaman-zaman yararlanırlar. Bu əsnada hədəfə çevrilənlər sırasında Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov da var. Mötəbər mənbənin sözlərinə görə, Asif Əsgərova qarşı kampaniyanı hakimiyyət içində konkret bir qruplaşma həyata keçirir: «Davamlı şəkildə Səbailin rəhbərliyini mətbuatda «vurmağa» çalışan həmin qüvvələr hətta ayrı-ayrı KİV-lərə «şirinlik» də ötürüblər». Onu da bildirək ki, DİA.AZ redaksiyasına bu yöndə konkret faktlar ötürülsə də, hansı mətbu orqanların əli ilə hansı işlərin görülməsi barədə təfərrüat xarakterli bilgiləri yaymağı məsləhət görmədik. Bu da daha çox həmkarlıq münasibətləri ilə bağlıdır. Qeyd edək ki, DİA.AZ-a da müəyyən dönəmdə Asif Əsgərovla bağlı reallığa uyğun olmayan faktlar ötürülüb ki, redaksiyamız tərəfindən bu materiallar rədd edilib. Geri qayıt |