Əsas Səhifə > Gündəm, Manşet > BÜ GÜN ƏFV SİYAHISI BƏLLİLƏŞİR

BÜ GÜN ƏFV SİYAHISI BƏLLİLƏŞİR


21-12-2011, 11:34
BÜ GÜN ƏFV SİYAHISI BƏLLİLƏŞİR

RUSLAN BƏŞİRLİ AZADLIĞA ÇIXIR; CABBAR SAVALANLA BAĞLI QƏTİ QƏRAR VERİLMƏYİB

DİA.AZ: - Dekabrın 20-də Prezident yanında Əfv Komissyasının iclası keçirilib. İclasda Əfv Komissiyası müraciətlərlə bağlı ümumi məsələlərə baxıb. Komissiyadan saytımıza bildiriblər ki, dekabrın 21-də yenidən toplaşacaqlar. Bugünkü iclasda təkliflərlə bağlı yekun qərar qəbul olunacaq.

Məlumata görə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününədək Prezident İlham Əliyevin əfv fərmanı və ya sərəncamı imzalayacağı gözlənilir. Siyahıda neçə məhkumun olacağı məlum deyil. Bu, Azərbaycan Respublikasında veriləcək 50-ci əfv qərarı olacaq. Komissiyadan saytımıza onu bildiriblər ki, bu dəfəki əfv daha çox məhkuma şamil olunacaq.

Redaksiyamıza verilən məlumata görə, həm 2 aprel məhbusları və həm də “hicab məhbusları” ilə bağlı məsələlər açıq qalıb: “Yalnız “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin azadlığa çıxacağı qətiləşib. Gənc fəal Cabbar Savalanın taleyi ilə bağlı da qəti qərar verilməyib və hər şey bügünkü iclasda aydın olacaq”.


Geri qayıt