Əsas Səhifə > Partiya > ƏRƏB İNQİLABLARININ BİZƏ DƏXLİ VARMI?

ƏRƏB İNQİLABLARININ BİZƏ DƏXLİ VARMI?


21-12-2011, 11:30
ƏRƏB İNQİLABLARININ BİZƏ DƏXLİ VARMI?

RƏSMİ BAKI MÜXALİFƏTİ QINADI

“Azərbaycanın bəzi müxalif qüvvələri xalqın iradəsinə söykənmək deyil, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolu tutub”. Dekabrın 21-də jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.

Müxalifətin xaricdəki proseslərin təsiri altına düşdüyünü vurğulayan Əli Həsənov qeyd edib ki, bu amil özünü son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra göstərib: “Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır. Əks halda onların istənilən arzusu, istənilən planı məhvə məhkumdur. Biz heç zaman Azərbaycanın xaricində baş verən hadisələrlə ölkə daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki heç bir əlaqə yoxdur. Məsələn, Qazaxıstanda hansısa kiçik bir münaqişənin olması, yaxud da Rusiyada ictimai-siyasi proseslərdə yaşanan hansısa halların Azərbaycana nə aidiyyəti var?”.

“Media forum” saytının məlumatına görə, administrasiya rəsmisi deyib ki, hər bir ölkənin öz daxili tənzimləmə mexanizmi var: “Bu, hakimiyyət-xalq münasibətidir. Əgər xalqın iradəsinə söykənən hakimiyyət onun ictimai, iqtisadi ehtiyacını, istək və arzularını ifadə edirsə, o hakimiyyət möhkəmdir, sabitdir. Belə cəmiyyətdə kiminsə ara qarışdırmaq cəhdləri məhvə məhkumdur. Bu gün Azərbaycanda iqtidarla xalq arasında yekdillik var. Azərbaycan iqtidarı Azərbaycan xalqının iradəsinə söykənir”.


Geri qayıt