Əsas Səhifə > Ölkə, Manşet > ARZU RƏHİMOV GƏNCƏYƏ GETMƏSƏ, YAXŞIDIR

ARZU RƏHİMOV GƏNCƏYƏ GETMƏSƏ, YAXŞIDIR


27-06-2013, 14:48
ARZU RƏHİMOV GƏNCƏYƏ GETMƏSƏ, YAXŞIDIR
XİDMƏT RƏİSİNƏ MÜDHİŞ ETİRAZ

DİA.AZ: - Məlum olduğu kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov iyulun 13-də Gəncədə vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, SHÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında (Gəncə şəhəri, M.A. Abbaszadə küçəsi - 45) keçiriləcək qəbulda Ağstafa, Samux, Göygöı, Qazax, Tovuz, Şəmkir, Goranboy, Daşkəsən, Gədəbəy rayonlarının və Gəncə şəhərinin sakinləri iştirak edə bilər.

Qəbula yazılmaq istəyən vətəndaşların iyulun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

DİA.AZ-a bu barədə daxil olan məlumatlardan aydın olur ki, Arzu Rəhimovu Gəncədə sürpriz gözləyir. Bu barədə danışan mənbənin sözlərinə görə, xidmət rəisinin görüşünə qatılan şəxslərdən biri ona qarşı aksiya tədarükündədir.

Gəncədəki mənbənin redaksiyamıza bildirdiyi: «Həmin şəxs hələlik kimliyinin açıqlanmamasını istəyir. Övladı orduya xəstə ola-ola göndərilib. Başqa bir rayondadır, bu gündən Gəncəyə gəlib ki, Arzu Rəhimovla görüşə bilsin. Biz də onun Gəncədə yerləşməsinə kömək etmişik».

Gəncədəki mənbəmiz bildirir ki, Arzu Rəhimovu qarşılayan atanın oğlu bir ay sonra dünyasını dəyişib: «Onu xəstə ola-ola hərbi xidmətə cəlb ediblər. Və oğlunu itirən ata Arzu Rəhimovun görüşünə özü ilə bərabər yanacaq dolu şüşə də hazırlayıb. Məqsədi oğlunun ölümünə və bui şin ört-basdır edilməsinə etiraz olaraq özünü yandırmaqdır».

Geri qayıt