Əsas Səhifə > Ölkə, Manşet > QAZAXDA ALİ TƏHSİL BÖHRANI

QAZAXDA ALİ TƏHSİL BÖHRANI


20-12-2011, 16:08
QAZAXDA ALİ TƏHSİL BÖHRANI

İSA VEYİSOVUN BAZARINDA TAM ÖZBAŞINALIQDIR

DİA.AZ: - Ötən günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı haqda yazı dərc etmişdik. Redaksiyamıza ünvanlanan şikayətçi məktubu əsasında hazırlanan yazı adıçəkilən təhsil müəsisəsinin rəhbərliyinin qəzəbinə səbəb olmuşdu. Redaksiyapya zəng vuraraq bizi qərəzçilikdə və obyektiv olmamaqda suçlandıran rektor İsa Veyisov bizi Qazaxa dəvət edərək hər şeyi öz gözümüzlə görməyi, sonra isə yazmağı məsləhət görmüşdü. Biz də qarşı tərəfin mövqeyinə hörmət olaraq mövzunu dayandırdıq və bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında olduq.
İlk əvvəl özümüzü gələcəkdə bu filialın tələbəsi olacaq şəxsin valideyni kimi təqdim edərək

Rəsmi məlumat

əldə etdik. Bu məlumat bizə yazılı şəkildə verildi. Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının bazasında yaradılmışdır. 2000-2001-ci tədris ilini filial 38 nəfər tələbə qəbulu ilə başlamışdır.

Hal-hazırda filialda iki fakültə ilkin müəllim hazırlığı və İxtisasartırma və yenidənhazırlanma fakültəsi, beş kafedra - Humanitar fənlər, Azərbaycan dili, ədəbiyyat və onların tədrisi metodikası, riyaziyyat və informatika, Xarici dillər, Ümumi fənlər kafedraları fəaliyyət göstərir. Bundan başqa filialda üç kabinet - Əlavə təhsilə metodik xidmət kabineti, Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti, Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti və iki laboratoriya - Təbiət elmləri laboratoriyası və Folklor laboratoriyası, Kampyuter mərkəzi fəaliyyət göstərir.

Filial ixtisasartırma təhsili üzrə Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir RTŞ-i ilə ikitərəfli müqavilə bağlamış, ixftisasartırma, yenidənhazırlanma və müəllimlərin təkmilləşdirilməsi prosesində fasiləsizliyi təmin etmək üçün bir sıra tədbirlər həyata keçirir.

Rəsmi məlumat maraqsız görünə bilər. Maraqlı olan isə təsadüfən həmsöhbət olduğumuz

Tələbənin fikirləri

və oxuduğu təhsil müəssisəsi haqda məlumatlarıdır. Bu məlumatlardan da görünür ki, Azərbaycan Müəllimlər institutunun Qazax filalında bespredel hökm sürür. Qazax rayonundan qəzetimizə daxil olan məlumata görə uzun illərdir ki, 2000-ci ildən fəaliyyət göstərən institutda tədris yoxdur. Elçin adlı tələbə bildirir ki, burda ancaq diplom satırlar. Tədris ocağının rəhbəri İsa Veysov diplom satışı üzrə əməlli-başlı bazar açıb və onun bazar yaxşı da gəlir gətirir.

Tələbənin sözlərinə görə bu instituta kütləvi şəkildə TQDK-dan kənar qəbul aparılır: «TQDK yolu ilə gələn tələbələrin balı isə çox aşağı olduğundan bu təhsil ocağı yalnız savadsız müəllimlər buraxır. Daha doğrusu savadsız adamları müəllim adı ilə orta təhsil ocaqlarına yollayır. Bunun nəticəsidir ki, Qazax və ətraf rayonların təhsil sistemi üçün qara yaraya çevrilib. Çünki məktəblərdə dərs deyən bu müəllimlərin çoxusu öz adını belə yaza bilmir.»

Polisə güvənən rektor

Bundan Qazax və ətraf rayonların əhalisinin narahatlığını dilə gətirən başqa bir rayon sakininin sözlərinə institutn rəhbəri İsa Veysov ağzını açanın ağzını yumur: «Uzun müddət Qazaxın keçmiş İcra başçısı Rauf Hüseynovun dayağına arxalanan İsa Veysov həmçinin Qazax polisində yüksək vəzifədə çalışan oğlu Veyis Veysovun hesabına hər kəsin ağzını yummağı bacarır. Çünki Qazax Müəllimlər İnstitutu haqqında ağzını açan hər kəs Veyis Veysovun «polis hədələri» ilə üzləşir. Elə buna görə də Qazax camaatı uşaqlarının gələcəyini məhv edən İsa Veysovun qarşısında susmağa məcburdur.»

İnstitutda demək olar ki, heç bir tədris keçirilməməsini dilə gətirən həmsöhbətimizin sözlərinə görə burda yalnız diplom satılır və elə buna görə də Qazax camaatı

«Müəllim düzəldən yer»

adlandırır. Son illərdə Qazax rayonunda təhsillin səviyyəsinin sıfır həddinə çatdığını bildirən mənbə bildirir ki, artıq Qazaxdan və ətraf rayonlardan ölkənin prestijli ali məktəblərinə daxil olanlar yoxdur. Əgər kimsə də harasa daxil ola bilirsə də bu ancaq pul gücünə baş verir.

Mənbə bildirir ki, İsa Veysovdan və onun polis oğlundan Qazaxda o qədər qorxurlar ki, heç kim ürək edib yuxarı orqanlara müraciət edə bilmir. Edilən şikayətlər baxılmaq üçün yenidən Qazax yetkililərinə göndərildiyi üçün heç kəs səsini çıxarmır və bu üzdən bir rayonun təhsil sistemi İsa Veysovun açdığı bazarın hesabına tamimilə məhv olub


Geri qayıt