Əsas Səhifə > Sosial, Manşet > ABBAS ABBASOVDAN NƏYƏ GÖRƏ İZAHAT İSTƏNİLDİ?

ABBAS ABBASOVDAN NƏYƏ GÖRƏ İZAHAT İSTƏNİLDİ?


27-06-2013, 12:41
ABBAS ABBASOVDAN NƏYƏ GÖRƏ İZAHAT İSTƏNİLDİ?
OĞLUNUN TALEYİNDƏN NARAHAT OLAN ABBAS ABBASOV ÇƏTİN DURUMDA

DİA.AZ: - Kremlin Azərbaycana qarşı planında əsas yerlərdən birini alan Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovla bağlı redaksiyamıza yeni məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, son günlər Azərbaycan KİV-lərində oğlu Aydın Abbasovun həbs olunacağı ilə bağlı yaılan xəbərlər Abbas Abbasovda da ciddi narahatçılıq yaradıb.

Mənbənin söylədikləri: «Abbas Abbasov srağagün günü bu gün də münasibət saxladığı yüksəkçinli məmurlarımızdan birinə telefon açıb. Onun özü bu barədə yaxınlarına açıqlama verib. Həmin telefon danışığında Abbas Abbasov bildirib ki, onun Azərbaycan hakimiyyətinə ənənəvi münasibətində heç bir dəyişiklik baş verməyib. Hətta Söyün Sadıxovun məlum açıqlamasına da etirazını bildirib. Daha sonra isə oğlu ilə bağlı narahatçılıqlarının olduğunu da dolayı yolla etiraf edərək, onun Azərbaycanda girov tutulması məsələsinin də narahatçılıq yaradan olduğunu bildirib».

Hər halda, Rusiya prezidentinin nümayəndəsi Söyün Sadıxovun rəsmi Bakıya yönəlik sərt ittihamlarının Abbas Abbasova da xətər verə biləcəyi yerli KİV-imizdə şərh edilmişdi. Mənbəmiz iddia edir ki, Söyün Sadıxovla bağlı rəsmi Bakı tərəfindən Abbas Abbasovdan izahat da istənilib.

Geri qayıt