Əsas Səhifə > Güney Press, Araşdırma > ERMƏNİ QOHUMU OLAN İCRA BAŞÇISI KİMDİR?

ERMƏNİ QOHUMU OLAN İCRA BAŞÇISI KİMDİR?


27-06-2013, 12:21
ERMƏNİ QOHUMU OLAN İCRA BAŞÇISI KİMDİR?
QOHUMLUQ SOVET DÖVRÜNDƏN BAŞLAYIR

PİA.AZ-a ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, Azərbaycanın işğal altında olan rayonlarından birinin icra başçısı ermənilərlə qohumluq əlaqələrinə malikdir və bu adamların bu gün belə əlaqləri var.

Məlumata əsasən adı açıqlanmayan icra başçısı həmin erməni ilə Sovet dövründə, ötən əsrin 70-ci illərində Ukraynada Milis Akademiyasında bir yerdə təhsil alıblar. Elə orda da evlənib qohum olublar. Daha sonra adı açıqlanmayan icra başçısı İrəvana təyinat alıb və bir müddət orda çalışıb. Ermənistanda xidmətini başa vurduqdan sonra Azərbaycana qayıdan icra başçısı Qarabağ müharibəsi zamanı indi başçı işlədiyi rayonda milis rəisi olaraq çalışıb. Mişa adlı bacanağı isə Ermənistan rayonunun Gorus şəhərində milis rəisi olub.

Mənbə bildirir ki, adı açıqlanmayan rayon ermənilər tərəfindən işğal olunurkən ilk hücum məhz Gorus istiqamətindən başlayıb və rayonu işğal edən erməni birliklərinin birinin komandir idə məhz indiki icra başçısı, o zaman isə milis rəisi olan şəxsin bacanağı Mişa rəhbərlik edir.

Mənbə onu da bildirir ki, adı açıqlanmayan rayonun işğalında bacanaq milis rəislərinin birgə çalışması haqqında sübutları var və lazım olarsa, həmin məlumatları mətbuata təqdim edə bilər.

Geri qayıt