Əsas Səhifə > Partiya > AXCP TÜRKİYƏNİ YAXINDAN İZLƏYİR

AXCP TÜRKİYƏNİ YAXINDAN İZLƏYİR


20-12-2011, 15:59
AXCP TÜRKİYƏNİ YAXINDAN İZLƏYİR

RAZİ NURULLAYEV DİPLOMATLARLA GÖRÜŞDÜ

AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Türkiyə səfirliyində diplomatlar Rıza Kağan Yılmaz və Ahmet Doğanla görüşüb.

Görüşdə Razi Nurullayev Türk diplomatlarını AXCP, İctimai Palata və ölkədəki ictimai-siyasi durum haqqında məlumatlandırıb. O, qardaş dövlət olan Türkiyənın siyasi və ictimai qurumlarla daha yaxından əməkdaşlığının vacibliyini də vurğulayıb.

AXCP rəsmisi Türk vətəndaşlarının Azərbaycana hələ də viza ilə gəldiklərindən partiya rəhbərliyi adından narahatlıqlarını bildirmiş və qeyd edib ki, partiyanın rəsmi mövqeyi Türk vətəndaşları üçün viza rejiminin təmamən aradan qaldırılması tələbidir. O, həmçinin partiya rəhbərliyinin Türkiyənin dövlət siyasətini yaxından izlədiyini və onun regionda aktiv rolundan məmnun olduğunu söyləyibr.

Partiya rəsmisi onu da vurğulayıb ki, AXCP Türkiyə ilə Azərbaycan arasında iqtisadi və siyasi potensialın tam istifadə olunmamasından narahatdır. Razi Nurullayev Azərbaycan xalqının və demokratik qüvvələrinin Türkiyədən böyük gözləntilərinin olduğunu da diplomatların diqqətinə çatdırıb.

Diplomatlar Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu və Azərbaycanın siyasi partiyalar və ictimai qurumları ilə hər zaman fikir mübadiləsinə hazır olduqlarını bildiriblər.

Görüşdə hər iki tərəfi maraqlandıran bir çox digər məsələlər də müzakirə edilib.


Geri qayıt