Əsas Səhifə > Sosial, Manşet > ÜSYAN YARADAN SABİQ BAŞÇI YENİDƏN GÖRƏVƏ

ÜSYAN YARADAN SABİQ BAŞÇI YENİDƏN GÖRƏVƏ


27-06-2013, 11:14
ÜSYAN YARADAN SABİQ BAŞÇI YENİDƏN GÖRƏVƏ
ZİYA MƏMMƏDOV RAUF HƏBİBOVU UNUTMAYARAQ, ONU ÖZ YANINA GƏTİRİR

DİA.AZ: - Keçən ilin 1 mart hadisələri zamanı icra başçısı postunu itirən, evi yandırılan və bir üsyan atəşinin mərkəzində dayanan fiqur kimi diqqətə gələn Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.

DİA.AZ-a bu barədə danışan bilgili qaynaq iddia edir ki, Rauf Həbibov hələ icra başçısı olarkən də böyük biznesə malik idi. Mənbənin söylədikləri: «O, Ziya Məmmədova yaxın iş adamı hesab olunur. Bu gün də nəqliyyat nazirinin himayəsi altındadır. Yaxın günlərdə isə onun NN-də yüksək vəzifəyə təyin ediləcəyi gözlənilir».

Mənbəmiz bildirir ki, artıq bu barədə NN-də də məlumatlıdırlar: «Onun hansı vəzifəyə gətiriləcəyi dəqiq bilinməsə də, aydın olanı odur ki, Ziya Məmmədov adamını sahibsiz buraxmadı».

Xatırladaq ki, Rauf Həbibov aşağıdakı videoqalmaqalla start götürən üsyanın nəticəsində devrilib.



Geri qayıt