Əsas Səhifə > Şou-biznes > DAHA BİR XALQ ARTİSTİ MƏHKƏMƏYƏ VERİLİR

DAHA BİR XALQ ARTİSTİ MƏHKƏMƏYƏ VERİLİR


27-06-2013, 10:27
DAHA BİR XALQ ARTİSTİ MƏHKƏMƏYƏ VERİLİR
İlhamə Quliyeva fəxri adının əlindən alınmasını təkid etdiyi Aygün Kazımovanı məhkəməyə verməyə hazırlaşır. Ancaq onun bu addımı heç də əks tərəfi qorxutmayıb. Əksinə, A.Kazımova “İnstaqram” vasitəsilə Primadonnaya türk dilində cavab qaytarıb:

“İlhamə Quliyeva siz kimsiniz ki? Və ya siz kim oluyorsunuz ki, Ulu öndərimizin, ölkə başçımızın bizə verdiyi şərəfli adlarımızın əlimizdən alınması ilə bağlı belə fikirlər irəli sürürsünüz? Kəndinizə gəlin və yerinizi bilin. Başınızdan böyük laflar söyləməyin! Həddinizi aşmayın!
İlhamə Quliyeva, mən faktlarla danışıram! Müsahibələrinizi sildirməklə faktları siləməzsiniz! Siz yaş həddi qoymadan – gənc, yeni addımlayan, peşəkar, sənətdə sözünü demiş, xalq tərəfindən sevilmiş incəsənət xadimlərinə hədd bilmədən təhqirlər, böhtanlar atmısınız. Bu, yenilik deyil. Amma bunun bir sonu olmalıdır. O sonun başlanğıcı bu gündür! Bir qaranlıq gecənin Ay-lı, Gün-lü sabahı olduğu kimi! Əslində isə sizin bir gülləniz çatmır”.

Əlavə edək ki, artıq İlhamə Quliyeva həmkarının atmacalarına cavab vermək niyyətində deyil: “Mən onun tayı deyiləm! Görüm məhkəmədə bu cür dili olacaq? Qarşımda sürüm-sürüm süründürəcəyəm onu!”

Geri qayıt