Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İTALYAN ŞİRKƏTİNİN BULDOZERİ SALYANDA YOXA ÇIXDI

İTALYAN ŞİRKƏTİNİN BULDOZERİ SALYANDA YOXA ÇIXDI


27-06-2013, 10:25
İTALYAN ŞİRKƏTİNİN BULDOZERİ SALYANDA YOXA ÇIXDI
SONUNCU DƏFƏ SABİRABBADA GÖRÜBLƏR

Təxminən bir həftə əvvəl İtalyanın Todini (“Todini Costruzioni Generali” S.p.A.) şirkətinin Salyan rayon ərazisində dəyəri 400 min manat olan yük (torpaq, çınqıl) qaldıran rezin təkərli buldozeri oğurlanıb. Həmin texnikadan Dünya Bankının maliyyə dəstəyi ilə Ələt-Astara avtomobil yolunu inşasında istifadə olunurdu.

Maraqlıdır ki, buldozerdə xüsusi izləmə cihazı olsa da, şirkətin mühafizə xidməti hadisə barədə oğurluq olan gecənin səhəri xəbər tutub. Axtarış nəticəsində texnikanın Sabirabad rayonu ərazisinə qədər izi aşkar edilib. Ondan sonrası isə məlum deyil.

Şirkət yetkililəri baş verən hadisəni gizli saxlamağa çəhd edirlər. Hələ ki, itən texnika tapılmayıb. İşçilər arasında gəzən söz-söhbətə görə buldozerin itməsində elə şirkət yetkililərinin əli var. infom.az

Geri qayıt