Əsas Səhifə > Cəmiyyət > NAZİRLƏ TQDK SƏDRİ ARASINDA DAVA QIZIŞDI

NAZİRLƏ TQDK SƏDRİ ARASINDA DAVA QIZIŞDI


20-12-2011, 15:06
NAZİRLƏ TQDK SƏDRİ ARASINDA DAVA QIZIŞDI

MİSİR MƏRDANOVA QARŞI KONKRET SÜBUT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərdə, xüsusilə biologiya və tarix dəsliklərində xeyli sayda səhvlərin getdiyini və həmin yanlışlıqların düzgün variantlarının «Abituriyent 1» jurnalında çap ediləcəyini bəyan etdi. Komissiya sədri Məleykə Abbaszadənin açıqlamasına nazir Misir Mərdanovdan sərt təpki gəldi. Nazir M.Abbaszadəni öz işi ilə məşğul olmağa çağırdı: «Bütün məsələləri işi bilən adamlar, mütəxəssislər deməlidir və mütəxəssis olmayanın nəyinsə səhv, nəyinsə düz olduğunu deməsi qeyri-ciddi məsələdir.

Ölkədə təhsil siyasətini aparan qurum, dərslikləri qiymətləndirən şura var. Həmin şuranın qeydiyyatından keçməyən və qrif verilməyən dərsliklərdən istifadəni düzgün hesab etmirəm».

Bu açıqlamadan sonra telekanallarda bəzi mütəxəssisləri efirə çıxaraq TQDK-nın səhvlərlə bağlı hazırladığı jurnala münasibət bildirməyə başlayıblar. Həmin mütəxəssislər Dövlət Komissiyasını ictimaiyyəti çaşdırmaqda, dərsliklərdə doğru olanları belə yanlış təqdim etməkdə ittiham edirdilər.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə jurnalın hələ çap olunmadığını və üzərində iş getdiyini bildirdi. «Biz də razıyıq ki, hərə öz işi ilə məşğul olmalıdır» deyən E.Nağızadə vurğuladı ki, dərslikdə çap olunanları araşdırmaq onların səlahiyyətinə daxildir. Çünki imtahanlarda testlər dərs proqramlarına əsasən, hazırlanır.

Təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı isə deyir ki, Təhsil Nazirliyi bu vacib işin öhdəsindən gələ bilmir. «Dünyanın bir çox inkişaf etmiş ölkələrində dövlət dərslik nəşri işinə qarışmır. Dövlət təhsil proqramlarını hazırlayıb yayır. Nəşriyyatlar da müəlliflərlə birlikdə onun əsasında dərsliklər hazırlayır və çap edərək bazara çıxarırlar. Onlarla alternativ dərslik arasında seçimi isə müəllim və valideyn qurumları edirlər. Elə məktəb olur ki, onun hər sinfində bir müəllifin dərsliyindən istifadə edilir. Yəni rəqabət mühiti, seçim mühiti olur. Belə olan halda nəşriyyatların və müəlliflərin məsuliyyəti də artır. Daha keyfiyyətli dərsliklər yaratmağa məcbur olurlar. Bizdə isə vəziyyət tamamilə bunun əksinədir. Bütün riyaziyyat və informatika kitablarını nazir və onun şöbə müdiri yazır, alternativsiz çap edir və deyirlər: «Dərslik deyilən şey budur, xoşunuz gəlsə də, gəlməsə də bunu oxumalısınız».

Ə.Osmanlı vurğuladı ki, indi də təhsil məmurlarının övladları dərslik yazmağa girişiblər: «Bu il nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdirinin qızının iki dərsliyi işıq üzü görüb. Bununla biz hara gedirik?.

Əlbəttə, müəyyən səbəblərə görə biz hələlik sivill ölkələrdəki kimi hərəkət edə bilmərik. Ona görə də ən yaxşı variant o olardı ki, Dərslikləri Qiymətləndirmə Şurası doğrudan da müstəqil təşkilata çevriləydi. Bu qurum nazirdən, onun məmurlarından asılı olmasın ki, onların dərslik müəllifi olma «iştahalarının» qaşısını ala bilsin və hamı üçün bərabər hüquqlar tanınsın. Hesab edirəm ki, indiki halda Qiymətləndirmə Şurası, Türkiyədə olduğu kimi, prezidentin təyin və azad etdiyi peşəkar insanlardan ibarət bir quruma çevrilməlidir. Onlara heç olmasa orta səviyyəli maaş verilməlidir ki, başqalarının əlinə baxmasınlar». Təhsil eksperti dərsliklərdə gedən səhvlərlə əlaqədar maraqlı bir məqama toxundu: «Bu gün Təhsil Nazirliyi, eləcə də onun «müdafiəçiləri» dərsliklərin yaxşılaşdırıldığını iddia edirlər. Ona görə də nümunə kimi indiyədək dəfələrlə işıq üzü görmüş «qosqoca» «Fizika-7» dərsliyinin builki nəşrinin 83-cü səhifəsindən götürülmüş bir fraqmenti sizə təqdim edirəm ki, onu çap edəsiniz. Qoy həmin şəxslər bu fraqmentə baxıb «feyziyab» olsunlar:

bizimyol


Geri qayıt