Əsas Səhifə > Cəmiyyət, Manşet > HANSI MƏMUR MÜXALİFƏTÇİ İLƏ ƏLAQƏYƏ GİRİB?

HANSI MƏMUR MÜXALİFƏTÇİ İLƏ ƏLAQƏYƏ GİRİB?


25-06-2013, 14:37
HANSI MƏMUR MÜXALİFƏTÇİ İLƏ ƏLAQƏYƏ GİRİB?
YANĞINDAN MAL QAÇIRIRMIŞ KİMİ…

DİA.AZ: - Redaksiyamıza hakimiyyətə aid fiqurların hazırki durumları ilə bağlı ilginc məlumat daxil olub. İnformasiyalı mənbənin sözlərinə görə, qarşıdan gələn prezident seçkilərində iqtidarın uduza biləcəyini zənn edən məmurlardan biri bu günlərdə Milli Şuranın yaradıcılarından biri, mərhum prezident Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazova telefon açaraq onunla hal-əhval tutub. Deyəcəksiniz ki, burada nə var ki - adam hal-əhval tutub.

Amma maraqlı orasıdır ki, həmin məmur Eldar Namazov vəzifəsindən alınandan sonra onunla kəlmə də kəsməyib. DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, Eldar Namazovla səmimi danışdıqdan sonra, onun problemləri ilə də maraqlanıb:

«Təbii ki, Eldar Namazov da bu hadisəni birmənalı qarşılamayıb və adamın müxalifətə gizli dəstəyi kimi qəbul edib. Hətta partiya sədrlərindən birinə də bu barədə danışaraq «filan məmur bizi dəstəkləyir» deyib».

Onu da bildirək ki, baş vermiş olayla bağlı dəqiqləşdirmələr aparmaq üçün Eldar Namazovla əlaqə saxlamaq istəsək də, telefonumuzu qaldıran olmadı. Yaxın vaxtlarda əlavə bilgiləri verəcəyik. Bizi izləyin…

Geri qayıt