Əsas Səhifə > Siyasət, Manşet > RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İTTİHAM

RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İTTİHAM


20-12-2011, 14:44
RÖVNƏQ ABDULLAYEVƏ QARŞI İTTİHAM

ARDNŞ NEFTÇALANININ KƏNDLƏRİNİ SU ALTINDA QOYUB

Ötən şənbə Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) fəalları Neftçala rayonunda monitorinq keçiriblər. Monitorinq zamanı Neftçala Neft Əməliyyat Şirkətinin balansında olan əraziləri su basması müəyyən edilib.

VNŞ-nin Neftçala rayonu üzrə nümayəndəsi Tanrıverdi Hüseynov Turan-ın müxbirinə bildirib ki, subasmanın səbəbləri yaz yağıntıları, həmçinin balıqçılıq məqsədilə yaradılmış süni nohurların bəndlərindən axan sudur. Onun sözlərinə görə, su Mil-Muğan kollektoruna axmalıdır, lakin bu, baş vermir.

Bundan əlavə, kanaldan daşıb axan kənar sular Neftçala-Yeniqışlaq asfalt yolunu dağıdır, nəqliyyatın, piyadaların yolunu kəsir.

Mədəni su basması “Neftçala”yatağının işinə də mənfi təsir göstərib. Belə ki, sutkalıq neft hasilatı 90 tona enib. Şirkətin işçiləri ehtiyat edirlər ki, Yeni ildən onların hamısını öz hesablarına məzuniyyətə buraxarlar.

Hüseynovun sözlərinə görə, neft şirkətində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdən imtina edirlər. Monitorinqin nəticələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaq.

VNŞ-yə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, “Demokratiyaya Yardım” regional QHT də daxil olmaqla, 6 QHT daxildir.

Neftçala Neft Əməliyyat Şirkəti 2009-cu ilin fevralında SOCAR (20%) və Neftchala Investment Ltd (Global Energy-nin törəmə şirkəti) arasında imzalanmış neft müqaviləsinə əsasən “Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan” yataqlarında neft hasilatını həyata keçirir.


Geri qayıt